Vergilər Nazirliyi elektron ticarət sahəsində vergitutma qaydaları haqqında qanun layihəsini hökumətə təqdim edib

2015-11-25 | Vergilər | 3394

Vergilər Nazirliyi elektron ticarət sahəsində vergitutma qaydalarını tənzimləyən qanun layihəsinin işlənmiş variantını hökumətə təqdim edib. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.

"Vergilər Nazirliyi beynəlxalq təcrübəni öyrənərək, elektron ticarət sahəsində vergitutma qaydalarını tənzimləyən qanun layihəsi hazırlayıb. Lakin hökumət bu sənədi başa çatdırmağa yönəltdi. Oktyabrda biz bir daha layihəni hpkumətə təqdim etdik və ümid edirik ki, gələn il o qəbul olunacaq", - deyə N.Əmirov bildirib.

O qeyd edib ki, bu qanun layihəsi olmadan elektron ticarət sahəsini vegitutmaya cəlb etmək mümkün deyil.

Həmçinin nazir müavini məlumat verib ki, ölkədə hazırlanan Elektron cinayət işi Konsepsiyası çərçivəsində nazirlik elekton formada vergi hüquq pozuntularının araşdırılması üzrə işlər həyata keçirəcək.

Onun sözlərinə görə, 2016-cı ildə nazirlik vergilərin bütün növləri üzrə elektron hesab faktura sisteminin tətbiqini planlaşdırır.

Mənbə: http://interfax.az/view/656733

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!