Kliplərdən vergi ödəyəcəklər

2015-12-03 | Vergilər | 3309

Vergilər Nazirliyi müğənnilər ilə klipmekerlər arasındakıvergi münasibətlərinin tənzimlənməsi barədə məlumat yayıb.

"Qafqazinfo" sözügedən məlumatı olduğu kimi təqdim edir:

"Adətən, müğənnilər klip çəkilişlərini, musiqi səsyazmalarını, səsli və video şəklində musiqi albomlarının hazırlanmasını həyata keçirməsi üçün bu xidmətləri göstərən studiyalara müraciət edirlər. Belə studiyalar müğənninin özünə də məxsus ola bilər.

Bu halda, müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə əmək müqaviləsi bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, həmin avadanlıqlara amortizasiya hesablamalı, studiyada istifadə olunan materialların (disklərin və çəkilişlə bağlı digər xammal və materialların) alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir. Lakin çox hallarda müğənnilər başqa peşəkar studiyaların xidmətlərindən istifadə edirlər.

Bunun üçün başqa fiziki şəxs (fərdi sahibkar) və ya hüquqi şəxs qismində fəaliyyət göstərən studiyalarla müğənni arasında xidmət müqaviləsi bağlanması zəruridir. Müğənni studiyaya ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini studiyadan tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun".

Mənbə: http://www.qafqazinfo.az/sou-20/nazirlikden-mugenniler-ucun-daha-bir-pis-xeber-130832

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!