"Lizinq şirkətlərinin ən böyük problemi həll olundu" - EKSPERT

2015-12-15 | Vergilər | 3855

Azərbaycana lizinq təyinatlı malların idxalı zamanı əlavə dəyər vergisinin (ƏDV) ləğvi lizinq şirkətlərinin ən böyük probleminin həll edilməsi deməkdir. Bunu fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquq-ekspert komissiyasının rəhbəri Qorxmaz Ağayev deyib.

Onun sözlərinə görə, bu addım lizinqlə satılan malların ucuzlaşmasına, lizinqin inkişafına səbəb ola bilər: "Doğrudur, lizinq şirkətləri gömrükdə ödədikləri 18% ƏDV-ni malın qiymətinin üzərinə gəlməklə itkilərini kompensasiya edirdilər, amma burada söhbət əvəzləşdirmədən getmir.

Vergi Məcəlləsinə əsasən, lizinq maliyyə xidməti sayılır və bu xidməti göstərənlər lizinqlə satdıqları malın üzərinə ƏDV gələ bilməzlər. Son nəticədə belə bir vəziyyət yaranırdı ki, kimsə ölkəyə tutaq ki, hansısa qiymətə maşın gətirib, onun qiyməti gömrükdə 18% artırdı, amma bunu 3-cü şəxsə satanda həmin 18%-i əvəzləşdirmək mümkün olmurdu, çünki, qanunvericilik buna icazə vermirdi. Bu baxımdan idxalda ƏDV-nin ləğvi müsbət haldır, çünki əvəzləşdirmə problemi də olmayacaq".

Mənbə: http://fins.az/mikromaliyye/892462/Lizinq_sirketlerinin_en_boyuk_problemi_hell_olundu___EKSPERT.html

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!