Vergilər Nazirliyi: Evlərin kirayəyə verilməsi ilə bağlı vergi dərəcəsi artırılmayacaq

2016-06-02 | Vergilər | 3642

Vergilər Nazirliyi son günlər bir sıra kütləvi informasiya vasitələrində nazirliyin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14%-dən 22%-dək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, qurum əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14%-dən 22%-ə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

"Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycanda istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14% dərəcə ilə vergi tutulur. Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, bu kimi həssas məsələlər barədə məlumat yaymazdan əvvəl Vergilər Nazirliyinin rəsmi mövqeyini dəqiqləşdirsinlər", - deyə məlumatda vurğulanıb .

Mənbə: http://az.apa.az/news/430403

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!