Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk patent təqdim edilib

2017-01-27 | Vergilər | 3709

Bu gün Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik Sahibkarlıqla iş Departamentində vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcək bir qrup vergi ödəyicisinə sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında qəbzin (patentin) təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.

"APA-Economics"in məlumatına görə, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiqini nəzərdə tutur ki, onlardan biri də fərdi əməklə məşğul olan şəxslərlə bağlıdır. Onun sözlərinə görə, belə şəxslər vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcəklər.

Sabit verginin ödənilməsi ilə bağlı təqdimatla çıxış edən Ə.Məmmədov bildirib ki, sabit vergi fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir: "Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Bunlara toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, fərdi foto, audio-video xidmətləri, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və naqqaşlıq emalatxanalarının fəaliyyəti və sair bu qəbildən olan işlərlə məşğul olan şəxslər aiddir".

Qeyd edək ki, sabit verginin ödəyiciləri öz vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirəcəklər. Bu şəxslərin vergi orqanına hər hansı bəyannamə təqdim etməsi artıq nəzərdə tutulmur.

Bildirilib ki, sadələşdirilmiş verginin bu qəbildən olan ödəyiciləri üçün sabit vergi mexanizminin tətbiqi fərdi qaydada fəaliyyət göstərən aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati yükünün azaldılmasına, eyni zamanda məşğulluq sahəsində uçot sisteminin dürüstlüyünün təmin edilməsinə xidmət edir.

Təqdimatda həmçinin aylıq sabit veriginin məbləği, fəaliyyət göstərilən ərazi üzrə tətbiq oluan əmsallar, sabit veriginin ödəyicilərinin qeydiyyat alınması prosdurları, sabit vergi üzrə qəbz almadan fəaliyyət göstərdikdə və nağd pul hesablaşmalarının aparılması qaydalarını pozduqda tətbiq olunan maliyyə sanksiyasının məbləğləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sabit verginin ödəyicisi olan fiziki şəxs, vergi orqanında uçota alınmayıbsa, qeydiyyatda olduğu ərazinin vergi orqanına müraciət etməli və VÖEN almalıdır. Bundan başqa fiziki şəxs fəaliyyətə başlayanadək vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almalıdır. Bu zaman verginin ödənilməsini təsdiq edən ödəniş sənədi müraciətə əlavə edilməlidir. Qəbz yazılı müraciət edildikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Vergi ödəyicilərinin nəzərinə çatdırılıb ki, göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan ödənişi təsdiq edən qəbz təqdim etməlidirlər.

Tədbirin sonunda sabit verginin ilk ödəyicilərinə qəbz formaları təqdim edilib.

Mənbə: http://www.apa.az

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!