"Tax free"dən istifadə qaydaları açıqlandı

2017-04-03 | Vergilər | 3222

Bakıda keçiriləcək şopinq festivallar müddətində alınan mallar üzrə ödənilən ƏDV-nin qaytarılması üçün ilkin mərhələdə "Park Bulvar", "Port Baku Mall", "Nərgiz Mall", "Metropark", "28 Mall", "Gənclik Mall" ticarət mərkəzində xüsusi köşklərin qurulması planlaşdırılır.

Vergilər Nazirliyi bildirib ki, ehtiyac olarsa, bu köşklərin sayı artırıla bilər.

Qaydalara görə, "Tax free"dən yararlanmaq üçün ən azı 100 manatlıq alış-veriş etməlisiz. Festival müddətində ƏDV-nin qaytarılması 3 mərhələdən ibarətdir. Əvvəlcə siz bu imkandan istifadə etmək istədiyinizi satıcıya bildirməlisiz. Sonra şəxsiyyət vəsiqənizi satıcıya təqdim etməlisiz. Satıcı sənəddəki məlumatlarınızı daxil etdikdən sonra 2 nüsxədə imzalanıb möhürlənmiş elektron hesab fakturanı təqdim edəcək. Sənəddə ödədiyiniz ƏDV_nin məbləği və son qayratılma tarixi göstəriləcək.

Sonra siz həmin hesab fakturanı ticarət mərkəzlərində qurulan xüsusi ƏDV köşklərindən birinə yaxınlaşmalısız. Köşkün əməkdaşı sənədi yoxladıqdan sonra xüsusi qeydlər edərək möhürləyəcək və geri qaytaracaq. Yoxlama zamanı sizdən mallara baxış tələb oluna bilər.

3-cü mərhələdə siz müvəkkil banklara müraciət edərək ödədiyiniz ƏDV məbləğini manatla geri ala bilərsiz. Əcnəbilərə isə ƏDV xarici valyutada kart hesabına köçürməklə ödənilə bilər. Əgər vəsaiti nağd şəkildə almaq istəsəz tələbiniz gün ərzində yerinə yetiriləcək. Əgər karta köçürmək istəsəz proses 10 gün ərzində reallaşacaq. Bunun üçün kart rekvizitlərini təqdim etməlisiz.

Qeyd edək ki, hansı qaydada almağınızdan asılı olmayaraq ödədiyiniz ƏDV-ni geri alarkən həmin məbləğdən 20 faiz xidmət haqqı çıxılacaq.

Bu mallara görə ƏDV qayratılmayacaq

Onu da deyək ki, aşağıdakı mallara görə ƏDV qaytarılmayacaq:

  • aksizli mallar
  • ərzaq malları
  • dərmanlar və tibbi ləvazimatlar
  • ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar
  • çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar,
  • külçə şəklində qiymətli metallar,
  • nəqliyyat vasitələri və onların ehtiyat hissələr

Mənbə: http://marja.az/news/4981

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!