"Yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlər görüləcək"

2018-06-30 | Vergilər | 2956

Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: "Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".

Bununla bağlı hər hansı tədbirin görülməsinə gəlincə, nazir müavini bildirib ki, ümumiyyətlə bu yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılması nəzərdə tutulur:

"Təbii ki, bu tədbirlər digər ödəyicilər kimi müğənnilərə də şamil olunacaq, onlar da vergi ödəyicisidirlər".

Mənbə: http://marja.az/news/26794

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!