Borcu olanların nəzərinə - QAYDALAR DƏYİŞDİ
2019-01-28 | Hüquq | 4986Bu ildən notariatların icra qeydi ilə borcların alınması mümkün olacaq. Beləliklə, girov olmadan borc müqaviləsi varsa, birbaşa notariusun icra qeydi əsasında icra məmurları borcun alınmasını təmin etməyə borcludur. Bu isə o deməkdir ki, həm banklar, həm də vətəndaşlar girovsuz kredit və ya borc veriblərsə, indi pullarını asanlıqla və daha tez geri almaq hüququ qazanırlar.
FED.az xəbər verir ki, bu, baş nazir Novruz Məmmədovun imzaladığı “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Təfsilatlı maliyyə arayışı lazımdır
Qanuna görə, borc alınan sənədlərin siyahısında alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı lazım olacaq.
Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçi tərəfindən yaşayış sahəsinə görə, yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödənilmədikdə icra qeydi almaq üçün aşağıdakılar tələb olunur:
yaşayış sahəsinə və yaşayış sahəsinin saxlanması və təmirinə görə dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş haqqın ödənilməməsi barədə qəbzin surəti;
borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı;
Kommunal xidmətlərə görə - məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər.
İcra qeydi almaq üçün
Bu sənədlər təqdim olunur: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə; mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.
Borclu barəsində bu müvafiq sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi barəsində yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı lazım gəlir.
20 gün əvvəl borcluya xəbərdarlıq etməlidir
Tələbkar bu siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.
İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır.
Ekspert Əkrəm Həsənov bildirib ki, əgər əvvəllər kiminsə kiməsə borcu vardısa, fərqi yoxdur, bank kreditləri və ya vətəndaşların bir-birinə verdiyi girovsuz borc, həmin şəxs əvvəllər məhkəməyə müraciət edirdi. Məhkəmə əmr icraatında işə baxırdı, yəni əmri qiyabi olurdu, məhkəmə borcalanı çağırmırdı, yalnız mövcud sənədlər əsasında əmr verirdi.
“Borcalanın 10 gün vaxtı vardı ki, həmin əmrə etiraz versin. Kim etiraz verirdisə, hakim artıq işə məhkəmə istintaqı şəklində baxırdı. Bu ildən məhkəmələrdə əmr icraatı ləğv olundu və bu səlahiyyət notariuslara verildi, fərq budur.
Notariusun icra qeydi ilə bu borcun təmin edilməsini icra məmuru yerinə yetirəcək. bu da onunla bağlıdır ki, məhkəmələrdə borclarla bağlı iş çoxdur. Yəqin ki, banklar bundan istifadə edəcəklər. Düzdür, icra məmurları borcalanın imkanını araşdırmalıdır, əgər imkanı yoxdursa, qanuna görə borc silinməlidir, amma hələlik bizdə belə bir praktika yoxdur”.
Azərbaycanda notarial qaydada bağlanan borc müqavilələrinin sayının azalmasına gəlincə, Ə.Həsənov hesab edir ki, bu notariat xidməti göstərənlərin 90 faizinin bilik səviyyəsinin aşağı olması ilə bağlıdır.

Hüquq bölümünün son xəbərləri |