Tələbə Gənclər arasında Mühasibat uçotu üzrə II Olimpiadanın final mərhələsi keçirilmişdir.

2019-04-09 | Mühasibat uçotu | 2862

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində həyata keçirilən “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihənin Bakı Konqres Mərkəzində final mərhələsi keçirilmişdir.

Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində final mərhələsindən öncə universitetlər üzrə seçim turları keçirilmiş və nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Olimpiada ümumilikdə 11 universitetin 400-dən çox tələbəsini əhatə etmiş, final mərhələsində isə 45 nəfər tələbə iştirak etmişdir. Beləliklə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan Mühasibat Uçotu üzrə suallara əsasən keçirilən olimpadada 1-ci, 2-ci və 3-cü yerlərə Bakı Mühəndislik Universitetinin tələbələri layiq görülərək, diplom və hədiyyələr əldə etmişlər. Digər iştirakçılara sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim olunmuşdur. Həmçinin iştirakçıların gələcəkdə iş yerləri ilə təmin olunmağı nəzərdə tutulmuşdur.

Mənbə:

Mühasibat uçotu bölümünün son xəbərləri

2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir
2020-04-24 | Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.
2020-03-09 | Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
2020-09-03 | Nağdsız hesablaşmalar

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!