Vergilər nazirinin müavini: “Bulanıq suda balıq tutmaq bir az rahat olur”

2019-05-26 | Vergilər | 3331

Azərbaycanda “ƏDV-nin Depozit Hesabı”nın ləğv edilməsi gözlənilmir".

Bunu “Report”a eksklüziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

“Düşünmürəm ki, “ƏDV-nin Depozit Hesabı”nın ləğv edilməsi ilə bağlı müzakirələr aparılsın. Hazırda bu məsələ gündəmdə deyil”, - S.Ələkbərov bildirib.

Nazir müavini deyib ki, həmin hesab vasitəsilə Əlavə Dəyər Vergisi (ƏDV) sahəsində yayınma minimuma endirilib: “Əlbəttə, bu unikal sistemdir. Bunun mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi əməliyyat aparanda onun 18%-i “ƏDV Depozit Hesabı”na köçürülür. Bu il dövlət büdcəsinə vergi daxilolmaların həcmi 7,4 mlrd manat səviyyəsində proqnozlaşdırılır. Bu daxilolmalarının, təxminən, 3-də birini ƏDV-nin hesabına təmin edirik. Amma bu sistemin aradan qaldırılması elə bir hərc-mərcliyə gətirib çıxara bilər. Ayrı-ayrı adamlar "ƏDV-nin Depozit Hesabı"nın ləğvini müzakirə edir, onlarında məqsədi aydındır. Yəni bu məsələlər əsasən vergidən yayınmaq istəyənlərlə əlaqəlidir. Onlar istəyir bu olmasın, suyu bulandırsınlar. Bulanıq suda da balıq tutmaq bir az rahat olur. Bir daha deyirəm ki, inanmıram kimsə “ƏDV-nin Depozit Hesabı”nın ləğvinə getsin", - S.Ələkbərov vurğulayıb.

Onun sözlərinə görə, bir çox ölkələr var ki, bunu tətbiq etmək istəyirlər, amma edə bilmirlər.

"Amma o vaxt ciddi işlər nəticəsində biz bunu etdik. Buna artıq sahibkarlar da vərdiş edib. Hazır qurulan sistemdir və heç bir problem yoxdur. Əgər kimsə düz işləyirsə və gəlirlərini düzgün bəyan edirsə ona problem yoxdur. Amma kimsə gedib pulunu nağdlaşdırıb çıxarmaq istəyirsə, harasa qanunsuz olaraq pul köçürmək istəyirsə əlbəttə "ƏDV-nin Depozit Hesabı" ona mane olur. Bu sistemdə hər şey şəffafdır və hamı onu görür”, - nazir müavini qeyd edib.

Xatırladaq ki, ƏDV-nin vahid depozit hesabının tətbiqinə Azərbaycanda 2008-ci il yanvarın 1-dən etibarən başlanılıb.

Mənbə: https://report.az/maliyye/ayri-ayri-adamlar-edv-nin-depozit-hesabi-nin-legvini-muzakire-edir/

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!