Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 25.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Daşınmaz əmlak satışından verginin hesablanması kalkulyatoru




Hesablamanın alqoritmi

Sadələşdirilmiş vergi məbləği (yaşayış sahələri üzrə) = Sahəsi * 15 manat * Zona əmsalı

Sadələşdirilmiş vergi məbləği (qeyri-yaşayış sahələri üzrə) = Sahəsi * 15 manat * Zona əmsalı * 1.5

AR Vergi Məcəlləsinin 218.4.3 maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Sadələşdirilmiş vergi aşağıda qeyd edilən hallarda hesablanmır:

  • fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
  • vergi ödəyicisinin ailə üzvlərindən yaşayış və qeyri-yaşayış sahələrinin hədiyyə, maddi yardım və miras formasında alınması;
  • "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin dövlət tərəfindən alınması;
  • yaşayış və qeyri-yaşayış sahələri ər və arvad arasında verildikdə
  • yaşayış və qeyri-yaşayış sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;

Vergi notarius tərəfindən hesablanır və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir. Bir sözlə desək notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanması və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notarius daşıyır. Notarius vergi məbləğini birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutur.

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. Hesablama zamanı, yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazıdən asılı olaraq, baza məbləği müvafiq zonaya aid əmsala vurulur.

Birinci zona üçün 4.0, ikinci zona üçün 3.0, üçüncü və dördüncü zonalar üçün 2.2, Beşinci və altıncı zonalar üçün 1.8, yeddinci, səkkizinci və doqquzuncu zonalar üçün 1.5, onuncu, onbirinci və onikinci zonalar üçün 1.2.

Tikilən bina Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə - 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə – 1.2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, - 0.5 əmsalları tətbiq olunur.

Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi əlavə olaraq 1.5 əmsalına vurulur.


   Baş səhifə
   AzMuhasib
   1C
   Günəş
   MS Excel
   Uçot siyasəti
   Kalkulyatorlar
   Məqalələr
   Kitablar
   

   Maraqlı şəkillər

Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!