Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 17.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Kitablar



Mühasibat Uçotu, Vergilər

Müəllif: Aydın Kərimov

Nəşr ili: 2014

Bu nəzəri-praktiki nəşr mühasiblər, maliyyəçilər, iqtisadçılar, mütəxəssislər, tələbələr, ümumiyyətlə, bütün iş adamları üçün nəzərdə tutulub. Kitabda mühasibat uçotu, vergi sistemi, gömrük əməliyyatları, statistik hesabatlar, sosial və digər fondlarla hesablaşmalar, maliyyə hesabat formaları və s. nəzəri və praktiki şəkildə nümunələrlə şərh edilib. Kitabda istinad edilən qanun, qərar və təlimatlar 25 yanvar 2014-cü il tarixə qədər olan bütün dəyişiklikləri özündə əks etdirir.

Beynəlxalq Mühasibatlığa Giriş (IFRS əsasında)

Müəllif: Radil Fətullayev

Nəşr ili: 2015

Kitabda müasir dövrdə tətbiq olunan beynəlxalq mühasibat uçotu və hesabatının formalaşması mərhələləri, GAAP və IFRS-in mahiyyəti, nəzəri-metodoloji əsasları, tətbiqi prinsipləri, müxtəlif təsərrüfat əməliyyatlarının hesablarda qeydiyyatı, informasiyanın maliyyə hesabatı formalarında əks etdirilməsi qaydaları, həmçinin maliyyə hesabatının informasiyası əsasında təhlilin aparılması metodikası və sair məsələlər qısaca nəzərdən keçirilmişdir.

Mündəricat


Mühasibatlığa dair məsələlər toplusu.

Müəlliflər: Radil Fətullayev, İbad İbadov, Fərid Abbaslı

Nəşr ili: 2015

Kitabda müasir dövrdə kommersiya müəssisələrində tətbiq olunan beynəlxalq mühasibat uçotuna dair praktiki nümunələr və onların bəzilərinin həlləri, o cümlədən maliyyə bərabərliyində əməliyyatların əks etdirilməsi, onların jurnalda qeydiyyatı, sınaq balansının (dövriyyə cədvəlinin) və maliyyə hesabatı formalarının hazırlanması, həmçinin ayrı-ayrılıqda uzunmüddətli və qısamüddətli aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin uçotuna aid 100-dən çox məsələ və tapşırıqlar verilmişdir.
Bu kitab maliyyə və mühasibatlıq sahəsində çalışan ekspertlər, mütəxəssislər, mühasiblər və müəllimlər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı kitabdan müəssisə rəhbərləri, menecerlər, bank sektorunda çalışan ekspertlər, mühasibatlıq üzrə təhsil alan tələbələr, magistrlər və doktorantlar da istifadə edə bilərlər.

Mündəricat


Rəsmi mühasibatlığa giriş.

Müəlliflər: Radil Fətullayev, İbad İbadov

Nəşr ili: 2016

Kitab mühasiblər, müəssisə rəhbərləri, insan resursları menecerləri, həmçinin maliyyə uçotunu mənimsəmiş tələbələr üçün yazılmışdır. Kitabdan sərbəst, müəllimlə - fərdi şəkildə və qrup halında təlimlərin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə edə bilərsiniz.
Kitab oxucunun Azərbaycan respublikasının qanunvericiliyi əsasında əməliyyatların sənədlər üzrə rəsmiləşdirilməsi qaydalarını asan üsulla hazırlaya bilməsi üçün mühüm bir vəsait ola bilər. Qeyd edək ki, kitab əsasən auditlərin yoxlama qaydaları əsasında rəsmiləşdirilməsi prinsiplərinə uyğun şəkildə yazılmışdır. Belə ki, rəsmi mühasibatlığın əsasını müəssisənin 3 mühüm hesabatı – "kassa", "bank" və "təhtəlhesab şəxs hesablar"ı üzrə gündəlik baş verən əməliyyatların sənədləşdirilməsi təşkil edir. Əgər mühasib bu 3 hesabın rəsmiləşdirilib qovluqlaşdırılmasına nail ola bilərsə, o zaman yoxlama zamanı auditlər də rahat şəkildə təftiş edə bilərlər. Kitabın ilk fəsillərini də məhz bu hesablar üzrə rəsmiləşdirmə qaydalarına həsr etmişik.

1C Və Mühasibat.

Müəllif: Rəşad Məmmədov

Nəşr ili: 2017

Kitab - baş verə biləcək maliyyə-təsərrüfat əməliyyatlarının 1C proqramına işlənilməsindən bəhs edir. Müəlifin bu sahədəki çoxillik təcrübəsi-kitabın praktik gücünü artırmışdır. Praktik vəsaitin əsas vəzifəsi müəssisədə baş vermiş (aktivlərin alışı, istehsalı, satışı, gəlir, xərc və digər) əməliyyatların uçotunun 1C proqramında necə işlənməsini göstərməkdir. Kitabı mühasibat sahəsində bilik və təcrübəsi olanlar istifadə edə bilərlər. Vəsaitdəki şəkillər imkan verir ki, Siz 1C proqramını müstəqil şəkildə öyrənə biləsiniz. Mühasiblər, maliyyə menecerləri və artıq 1C proqramının istifadəçiləri isə kitabdan stolüstü vəsait kimi istifadə edə bilərlər.


"İqtisadi Diplomatiya" (dərslik).

Müəllif: Xəlil Vəlizadə

Nəşr ili: 2017

Dərs vəsaitində "İqtisadi diplomatiya"nın aydın şəkildə izahı üçün optimal mühazirə materiallarından istifadə edilmiş və gələ-cək dövr ərzində perspektiv inkişafı üçün tədqiqatlar aparılmışdır. Dərs vəsaitində Azərbaycan torpaqlarının Ermənistan tərəfin-dən işğalı məsələsinə xüsusi diqqət ayrılmış və iqtisadi cəhətdən vurduğu ziyanın nəticələri geniş şəkildə analiz edilmişdir. Dərs vəsaiti bakalavr, magistr və doktorantura pilləsində təhsil alanlar, tədqiqatçılar, iqtisadçılar, siyasətçilər, diplomatlar həmçinin iqtisadi diplomatik münasibətlərlə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

Yükləmək






   Bilirsinizmi?
Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur.

1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!