Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.10.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     "AzMuhasib" və "1C": Mühasiblər bu proqramlar arasında mövcud olan fərqli və oxşar xüsusiyyətləri bilməlidirlər


2014-08-30 | Accountsoft | Baxılıb: 2406 dəfə

"1C" və "AzMuhasib" proqramlar paketinin fərqli xüsusiyyətlərini aydınlaşdırmaqdan öncə, bu proqramların əsas oxşar xüsusiyyətlərini izah etmək məqsədəuyğundur.

"1C" və "AzMuhasib" proqramlar paketinin ən oxşar xüsusiyyəti odur ki, hər iki proqram mühasibat uçotunun və maliyyə hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada, düzgün və avtomatlaşdırılmış formada aparılmasını təmin edir. Bu proqramlar gündəlik tələb olunan kassa və bank əməliyyatları, əsas vəsaitlər, mal-material, malgöndərənlərlə və alıcılarla hesablaşmalar uçotunun aparılması, əmək haqqı hesablamaları cədvəllərinin, mühasibat və maliyyə hesabatlarının və s. tərtib olunması üçün bütün zəruri funksiyalara malikdir.

Lakin ümümi xüsusiyyətlərlə yanaşı, proqramlar arasında fərqli xüsusiyyətlər də az deyil.

"1C" proqram olmaqla yanaşı, eyni zamanda bir sıra zəruri proqramlaşdırma və nizamlama işlərini yerinə yetirəcək, yüksək bilik və təcrübəyə malik olan proqramçı tələb edən bir iş mühitidir. Tələblərə uyğun işlək vəziyyətə gətirilməsi üçün çox vaxt və vəsait tələb edən bu proqramın daim dəstəklənməsi üçün əksər hallarda müəssisələrin ştatında xüsusi proqramçılar nəzərdə tutulur. Bu proqram qabaqcadan nəzərdə tutulmuş yalnız bir dildə işləyir.

"1C"-dən fərqli olaraq, "AzMuhasib" proqramı "Araz Computer" firmasının proqramçılar qrupu tərəfindən hazırlanmışdır. Azərbaycan qanunvericilinin tələblərinə tam cavab verə bilən, istifadəsi üçün əlavə proqramlaşdırma işləri və vəsait tələb etməyən, hansı dildə seçim edilməsinə baxmayaraq, paralel olaraq interfeysi və çıxış formaları (excel formatında) üç dildə - azərbaycan, ingilis və rus dillərində olan, istifadədə sadə və imkanlarda geniş bir hazır proqram paketidir.

Hər bir müəssisədə proqrama zəruri əlavə və dəyişikliklər firmanın mütəxəssisləri tərəfindən servis göstərmək qaydasında aparılır. İstifadəçilərin istəyi ilə köklü əlavə və dəyişikliklər razılaşdırılmış qaydada həyata keçirilir. İstifadəçilərin proqramda qanunvericiliklə tənzimlənən norma və tariflərdə (məsələn, gəlir vergisi, amortizasiya normaları və s.) sərbəst şəkildə dəyişiklik etmələri nəzərdə tutulub.

"1C" proqramında mal və materiallar, əsas vəsaitlər və əmək haqqı hesablamaları işlənərkən mühasibat yazılışları avtomatik ötürülür. "AzMuhasib"də isə mühasibat yazılışları mühasib tərəfindən qabaqcadan yoxlanılır və əl ilə işlənilir. İşi asanlaşdırmaq üçün əməliyyatları qabaqcadan hazırlanmış sadə və mürəkkəb şablon formalarında işləmək mümkündür.

Mahiyyət etibarı ilə, "1C" və "AzMuhasib" proqramlar paketinin fərqli xüsusiyyətləri əsasən bunlardır. Lakin bu xüsusiyyətləri əsas götürərək hansı proqramın üstün olmasını demək düzgün olmazdı. İstifadəçi hansı proqramın onun işinə daha yararlı olmasını, izafi xərclərin çəkilməsinə zərurət olub-olmamasını özü müəyyən etməlidir.

Əgər Siz apardığınız uçot işlərinin spesifik xüsusiyyətlərini nəzərə alaraq (bu, adətən iri müəssisələrdə olur) bütün variantları əhatə edən geniş proqram paketi əldə etmək istəyirsinizsə, bu halda "AzMuhasib v2.0" (şəbəkə) proqramını xüsusi variantda müqavilə yolu ilə sifariş edə bilərsiniz.

Əgər uçot işləri sadə formada, yəni standart qaydada aparılırsa, proqramın "AzMuhasib v1.1" və ya "AzMuhasib v1.2" bir istifadəçi versiyaları işinizə tam yarayar.

Mənbə:



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat


   Hikməti-nur
Bir inci saflığı varsada suda,
Artıq içiləndə dərd verir o da.

Nizami Gəncəvi


Mühasib
Бухгалтер Ресторанной Сети
Baş mühasib
Mühasib
1C Mütəxəssis
Accountant (Maternity Leave Coverage)
Junior Auditor

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!