Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 27.05.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

     Şirkətlərdə istifadə olunan kompüter proqramlarının qrupları.


2013-08-25 | Accountsoft | Baxılıb: 1375 dəfə

Şirkətin muhasibat uçotunu, daxili (idarəetmə) uçotunu, ambar uçotunu və umumiyyətlə işini avtomatlaşdıran proqramlar çoxdur. Onların hamısının müxtəlif imkanları var və onlar işin müxtəlif mərhələlərini əhatə edə bilərlər. Ona görə Siz bu praqramlar arasında çaş-baş qalmamaq üçün, çalışaq bu proqramları qruplara bölək. Amma bu qruplar şərtidir. Nəyə görə? Ona görə ki bir çox proqramları bir neçə qrupa aid eləmək olar, qrupların özləri isə bir-birilə bağlıdırlar.

Bu qruplar bunlardır:



  • ödəmə tapşırıqlarının uçotunu aparan proqramlar
  • "bank-müştəri" proqramları
  • ambar uçotunu aparan proqramlar
  • ticarətdə istifadə olunan proqramlar
  • mühasibat proqramları
  • gəlir/xərclər uçotunu aparan proqramlar
  • pensiya fonduna olan tutulmaların uçotunu aparan proqramlar
  • sifarişlərin uçotunu aparan proqramlar
  • bir neçə qrupa və ya bütün yuxarıda göstərilən qrupları özündə cəmləşdirən proqramlar.
  • xüsusi proqramlar.

Bu qruplar barədə daha ətraflı yazmağa çalışacam:

Ödəmə tapşırıqlarının uçotunu aparan proqramlar

Bu proqramlar ödəmə tapşırıqlarını daxil etmək və çap etmək üçündür. Sonra çap olunan ödəmə tapşırıqlarını banka aparırlar. Bu proqramda ödəmə tapşırıqları məlumatlar bazasına daxil olunur və hər zaman tarixinə görə və ya başqa göstəriciyə görə istifadəçi məlumatlar bazasında axtarış aparıb ona lazım olan ödəmə tapşırığını tapa bilər. Ödəmə tapşırıqlarının uçotunu aparan sadə proramlardan başqa, özündə başqa ödəmə əməliyyatların sənədlərinin uçotunu aparan və çap edən (məs. kassa məxaric orderləri, hesab-fakturalar, pensiya fonduna göndərilən ödəmə tapşırıqları və s.) daha kompleks proqramlar da var.

"Bank-müştəri" proqramları

Bu proqramlar adətən bankda işləyən proqramçılar tərəfindən yazılır və bankın müştərilərinə quraşdırılır. Bu proqramların qarşısında bir əsas məsələ durur - müştərinin banka gəlişini aradan qaldırmaq və bütün bank əməliyyatlarını istifadəçinin iş yerindən həyata keçirməkdir. Bu sözsüz iş prosesini çox rahatlaşdırır. Müştəri bu proqram vasitəsi ilə öz ofisindən və ya evindən hər zaman öz bank hesabında olan real qalığı öyrənə bilər və hesabdan ödəmələr və hesaba daxil olmalar barədə hesabat əldə edə bilər. Bir neçə qabaqçıl bankların "bank-müştəri" sistemləri bu məsələdə daha irəli gediblər. Elə ki, bu bankların müştəriləri bank tərəfindən onlara verilmiş "User" və "Password" vasitəsi ilə bu məlumatları İnternetdən öyrənə bilərlər.

Ambar uçotunu aparan proqramlar

Bu proqramların vəzifəsi onların adından görünür. Bu proqramlar malların ambarda uçotunu, onların ambara mədaxilinin və məxaricinin uçotunun aparılmasını təşkil edir. Bu proqramların bir çoxu uçotu eynizamanda bir neçə ambarda aparmağa imkan verir. Ambar proqramlarının əksəriyyətində ambar sənədlərinin çap edilməsi imkanı var: mədaxil/məxaric sənədləri, vəkələtnamələr və s.

Ticarətdə istifadə olunan proqramlar

Ticarətdə istifadə olunan proqramlar adətən mağazalarda istifadə olunur, satışın və daxil olmaların uçotunun aparılması üçündür. Bir çox vaxtlarda bu proqramlar özlərində ticarət və ambar əməliyyatlarını cəmləşdirirlər. Əlbəttə ki, bu məntiqlidir ona görə ki bu əməliyyatlar sıx bağlıdırlar. Bəzi ticarət proqramları avtomatlaşdırılmış ticarət sistemləriin yalnız bir modulu olurlar, yəni bu sistemlərin bir çox modulları var və bu da onların imkanlarını artırır, məsələn kassa aparatları, ştrix-kod skanerləri ilə işləmək modulu və s.

Mühasibat proqramları

Muhasibat proqramları barədə məncə hamının məlumatı var, ona görə onlar barədə ətraflı yazmağ istəmirəm. Bu proqramlardan bir nümunə "AzMUhasib" proqramıdır. Bu proqram ilk Azərbaycan mühasibat proqramıdır. Bu proqram bir çox əməliyyatlar keçirməyə imkan verir, demək olar ki mühasibat uçotunda olan bütün əməliyyatları keçirmək olar. Bu proqram Azərbaycan Respublikasının mühasibat uçotu qanunveriçiliyə uyğunlaşdırılıb və milli mühasibat uçotu standartlarına cavab verir. Proqramın 3 dildə işləmək imkanı, bir neçə şirkətin mühasibatlığının uçotunu aparmağa imkan verir, tez bir zamanda öyrənilir və s. Bu proqram barədə saytımızdan məlumat ala bilərsiniz.

Gəlir/Xərclər uçotunu aparan proqramlar

Bu proqram qrupunun adından göründüyü kimi, bu proqramlar şirkətin gəlir və xərclərinin uçotunu aparmağa imkan verir. Bu proqramlar gəlir və xərclər kitabının elektron variantıdır. Amma burada biz komputer proqramlarına xas olan imkanlardan istifadə edə bilərik: gəlirin avtomatik hesablanması, hər bir dövr üçün gəlir, xərclər, borcların hesabatlarının avtomatik hazırlanması, vergi hesabatlarının hazırlanması, gəlir və xərclər qruplarının uçotu və analizi və s.

Pensiya fonduna olan tutulmaların uçotunu aparan proqramlar

Bu proqramlar :

  1. Pensiya fonduna olan ödənişlər üçün ödəmə tapşırıqları hazırlayır;
  2. Ödəmə tapşırıqlarına birləşdirilən siyahıları hazırlamaq imkanı verir. Bu siyahılarda şirkətdə çalışan işçilər barədə məlumatlar verilir.

Onu da qeyd etmək istərdim ki, belə proqramlar hal hazırda Rusiyada istifadə olunur, və bu ölkənin Pensiya Fondu tərəfindən hazırlanıb. Umid edərdim ki, belə bir proqram Azərbaycanda da tez bir zamanda istifadə ediləcək.

Sifarişlərin uçotunu aparan proqramlar

Bu proqramlar 3 variantda ola bilərlər:

  1. malların və onların daşınmasa olan sifarişlərin uçotunun aparılması
  2. müxtəlif işlərin yerinə yetirilməsinə olan sifarişlərin uçotu
  3. mallara və işlərin yerinə yetirilməsinə olan sifarişlərin uçotu

Qeyd etmək istərdim ki, belə proqramlar sifarişlərnən işləyənlər üçün əvəzsiz ola bilər, xüsusilə də müştərilərin müxtəlif sifarişləri yerinə yetirən firmalar üçün.

Bu proqramlar bir neçə funksiya yerinə yetirə bilərlər:

  • sifarişin qəbulu və qeydiyyata alınması;
  • sifarişin yerinə yetirilməsi üçün lazım olan məlumatların daxil olunması (sifarişi yerinə tetirən şəxs barədə məlumat, istifadə olunacaq avadanlıq barədə məlumat və s.)
  • sifarişin yerinə yetirilməsinin nəzarətdə saxlanılması (sifarişin vaxtının sona çatması barədə avtomatik mesajlar göndərməklə)
  • sifariş sənədlərinin tərtib olunması (hesab-faktura, yerinə yetirilmiş işlərin aktı, naryadlar və s. )
  • müştərilərin uçotu
  • işçilərin və yerinə yetirilmiş işlərin uçotu
  • malsatanların (kontragentlərin) uçotu
  • müxtəlif hesabatların tərtib olunması: yerinə yetirilmiş və ya bitməmiş sifarişlərin siyahısı, müştəriyə və ya işçilərə görə sifarişlərin yerinə yetirilməsi hesabatları və s.

Bir neçə qrupa və ya bütün yuxarıda göstərilən qrupları özündə cəmləşdirən proqramlar.

Bu qrupa aid edilən proqramlar şirkətin işinin bir neçə mərhələsini (və ya işinin bütün mərhələlərinin) avtomatlaşdırmağa imkan verirlər. Nümunə kimi burada "AzMuhasib", "1C", Günəş, Link, Logo, və ya ERP proqramlarını gətirmək olar. Bu proqramlar, demək olar ki, şirkətin maliyyə ilə bağlı bütün əməliyyatlarını əhatə edə bilərlər: mühasibat, idarəetmə, ticarət, anbar uçotu, gəlirlər/xərclər uçotu, pensiya fonduna olan ayırmaların, odəniş tapşırıqlarının və başqa ödəniş sənədlərinin tərtib edilməsi, "bank-müştəri" tipli proqramlar ilə birlikdə işləmə və s.

Xüsusi proqramlar.

Xüsusi proqramlara şirkətin spesifik sahələrini avtomatlaşdıran proqramlar aiddir. Burada qeyd etmək istərdim ki, şirkətlərin işlərinin elə mərhələləri var ki, bunlar bütün növ şirkətlərə aid edilə bilər (müştərilər ilə iş, satış, mühasibatlıq), amma şirkətlərdə elə bir mərhələ ola bilər ki, bu mərhələ yalnız bu tip şirkətə və bu tip sənayeyə aid edilə bilər. Məsələn, fotosalonlarda olan fotoşəkillərin çəkilməsi və çapı əməliyyatları, rabitə, energetika, su, qaz sənayesində olan abonentlərin uçotunun aparılması və s. Şirkətlərin belə xüsusi mərhələlərini xüsusi yazılmış proqramlar ilə avtomatlaşdırıla bilər.

Mənbə:



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat


   Bilirsinizmi?
Yer kürəsinin iqlimi geoloji dövr ərzində kəskin dəyişir. Tədqiqiatlar göstərir ki, son 900 min il ərzində 10 dəfə buzlaşma mərhələsi olmuşdur. Biz hal-hazırda iki buzlaşma mərhələsi arasındakı istiləşmə dövründə yaşayırıq.

Accounts Payable Accountant
Baş mühasib (İsmayıllı rayonu)
Finance Manager
Kiçik Mühasib
Baş Mühasib (Ağsu rayonu)
Baş Mühasib
Accountant (Shabran)

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!