Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.10.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Auditin tərifi


2015-11-18 | Audit | Baxılıb: 1870 dəfə

"Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanunun 2 - ci maddəsinə əsasən, Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və düzgün aparımlasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.


Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür.

Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit "qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir."

Qanuna əsasən ABŞ-da səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar camiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir.

Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir:

Audit (auditing) elə bir prosesfir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini meəyyənləşdirmək və bunu öz rəyi ilə ifadə etmək üçün həmin informasiya haqqında sübutlar toplayır və onları qiymətləndirir.

Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir:

"Audit - iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir." Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informəsiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəailyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfinfən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür.

Mənbə: www.muhasib.az



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat

   Maraqlı şəkillər

Mühasib
Бухгалтер Ресторанной Сети
Baş mühasib
Mühasib
1C Mütəxəssis
Accountant (Maternity Leave Coverage)
Junior Auditor

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!