Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 30.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

     Əmək stajının hesablanması


2015-11-25 | Accountsoft | Baxılıb: 3113 dəfə

Excel proqramında tarixlər arasında olan intervalı ölçmək üçün DATEDIF() (rus versiyasında РАЗНДАТА())funksiyası mövcuddur. Bu funksiyanı Funksiyalar siyahısında tapa bilməyəcəksiniz, o standart funsiyalar siyahısında yoxdur. Onu yalnız özünüz xanaya yazıb işlədə bilərsiniz.

Funksiyanın strukturu aşağıdakı kimidir:

DATEDIF( start_date, end_date, interval )

РАЗНДАТ(начальная_дата; конечная_дата; способ_измерения)

Sonuncu argument - interval (способ_измерения), əvvəlinci və sonuncu tarixlər arasındakı intervalı nə cür və hansı ölçü vahidləri ilə ölçdüyünü göstərir.

Bu argument aşağıdakı ölçülər ilə ola bilər:
Y - tam illərin sayı;
M - tam ayların sayı;
D - tam günlərin sayı;
MD - günlər arasındakı fərq (illər və aylar nəzərə almadan)
YM - aylar arasındakı fərq (günlər və illər nəzərə almadan)
YD - illər arasındakı fərq (günlər və aylar nəzərə almadan)

Misal üçün, işçinin iş stajını hesablamaq və ekrana gətirmək olar. Bunun üçün xanaya aşağıdakı formulu daxil etmək lazımdır:

=РАЗНДАТ(A1;A2;"y")&" il. "&РАЗНДАТ(A1;A2;"ym")&" ay. "&РАЗНДАТ(A1;A2;"md")&" gün."

və ya Excel-in ingilis versiyasında:

=DATEDIF(A1;A2;"y")&" il. "&DATEDIF(A1;A2;"ym")&" ay. "&DATEDIF(A1;A2;"md")&" gün."

burada A1 xanası işə daxil olma tarixidir, A2 xanası işdən çıxma tarixidir.

Faylı yükləyin

Mənbə: www.muhasib.az



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat

Yumor
MOLLANIN VƏSİYYƏTİ.

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.


Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!