Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.10.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Məzənnə fərqinin uçotu


2016-01-07 | Mühasibat uçotu | Baxılıb: 5618 dəfə

Müəssisələr bir çox hallarda xarici şirkətlər ilə müqavilə bağlayıb alqı-satqı, xidmətlərin göstərilməsi və işlərin görülməsi əməliyyatları edirlər. Bu səbəbdən, xarici şirkətlər ilə əməlliyyatlar aparan bir çox yerli şirkətlərdə məzənnə fərqlərinin mühasibat və vergi uçotunda əks etdirilməsi məsələləri yaranır.

Müəssisənin xarici valyuta ilə həyata keçirdiyi əməliyyatların, habelə xarici ölkələrdə aparılan fəaliyyətlərinin müəssisənin maliyyə hesabatlarında əks etdirilməsi və maliyyə hesabatlarının təqdimat valyutasına çevrilməsi qaydaları 22 saylı Milli Mühasibat Uçotu Standartı ilə müəyyən edilir.

İlk öncə Standartda istifadə edillən əsas anlayışları nəzərdən keçirək:
Son məzənnə – balans hesabatı tarixinə spot mübadilə məzənnəsidir.
Məzənnə fərqi – hər hansı bir valyuta vahidinin müxtəlif məzənnə ilə digər valyuta vahidinə dəyişilməsindən yaranan fərqdir.
Valyuta məzənnəsi – bir valyutanın digər valyuta ilə mübadiləsi əmsalıdır.
Xarici valyuta – müəssisənin əməliyyat valyutasından fərqli olan hər hansı digər valyutadır.
Xarici əməliyyat – fəaliyyətləri hesabat verən müəssisənin yerləşdiyi ölkədə deyil, başqa ölkədə həyata keçirilən və ya hesabat verən müəssisənin istifadə etdiyi valyutadan fərqli valyutaya əsaslanan hesabat verən müəssisənin törəmə müəssisəsi, asılı müəssisəsi, birgə müəssisəsi və ya filialı olan müəssisələr nəzərdə tutulur.
Əməliyyat valyutası – müəssisənin əsas iqtisadi mühitdə əməliyyatlarını həyata keçirdiyi valyutadır.
Monetar maddələr – əldə saxlanılan valyuta vahidləri və təyin edilmiş və ya müəyyən edilə bilən valyuta vahidləri miqdarında alınmalı və ya ödənilməli olan aktiv və ya öhdəliklərdir.
Təqdimat valyutası - maliyyə hesabatlarının təqdim edildiyi valyutadır.
Spot məzənnəsi – təxirsiz mübadilə üçün mövcud olan məzənnədir.

Xarici valyutada olan əməliyyatlar əməliyyat tarixinə olan məzənnəyə uyğun olaraq manat ilə uçot sənədlərində əks etdirilməlidir. Misal üçün, xaricdən 10.12.2015 tarixində 10 000$ məbləğində mallar idxal olunubsa, onlar 10.12.2015 tarixində olan 1.0492 məzənnə ilə uçot sənədlərində qeydə alınmalıdır (10 000$ * 1.0492 = 10 492 AZN).

Məzənnə fərqi xarici valyutanın manata qarşı olan AR Mərkəzi Bankının təyin etdiyi məzənnəsinin dəyişilməsi nəticəsində yaranır.

Xarici valyutada olan əməliyyatlar mühasibat sənədlərində iki dəyərdə qeyd edilir: xarici valyutada və Mərkəzi Bankın əməliyyat tarixinə təyin etdiyi məzənnə ilə hesablanan manat ilə. Xarici valyutaların məzənnəsi hər zaman dəyişildiyi üçün mühasibat hesabatlarında da valyuta maddələrinin manat dəyəri də dəyişir.

Kurs fərqi aşağıdakı əməliyyatlardan yaranır:

  • xarici valyutada uçota alınan debitor və kreditor borcların ödənilməsi nəticəsində.
  • xarici valyutada uçota alınan əmlak və öhdəliklərin (kassa və bank hesabatlarında olan pul vəsaitlərinin, pul sənədlərinin, debitor və kreditor borcların və s. ) mühasibat hesabatlarında hesabat tarixinə dəyərinin yenidənhesablanması nəticəsində.

Misal 1.

Müəssisə tərəfindən 10.12.2015 tarixində 10 000$ dəyərində olan mallar alınmışdır. 10.12.2015 tarixinə manatın ABŞ dollarına olan məzənnəsi 1.0492-dir. Bu mallar üzrə borc xarici malgöndərən şirkətə 22.12.2015 tarixində ödənilməlidir. Ödəniş tarixinə ABŞ dollarının manata olan məzənnəsi 1.5511 təşkil edir. Bu əməliyyatdan müəssisənin mənfi məzənnə fərqi yaranacaqdır. Belə ki, 10.12.2015 tarixinə olan 1.0492 məzənnə ilə müəssisənin kreditor borcu 10 492 AZN təşkil edirdisə, 22.12.2015 tarixinə bu borc ödənilən zaman olacaqdır 10 000$ * 1.5511 = 15 511 AZN. Müəssisənin bu əməliyyatdan olan mənfi məzənnə fərqi olacaqdır: 15 511 – 10 492 = 5 019 AZN. Və ya 10 000$ * (1.5511-1.0492) = 5 019 AZN.

Misal 2.

Müəssisənin xarici valyuta hesabına 09.09.2015 tarixində xarici müştərisindən 5 000 EUR məbləğində pul vəsaiti daxil olmuşdur. 09.09.2015 tarixində EUR/AZN məzənnəsi AR Mərkəzi Bank tərəfindən 1.1717 məbləğində təyin edilmişdir. Mühasibat balansı tərtib edilən 31.12.2015 tarixinə EUR/ AZN məzənnəsi 1.7046 məbləğində təyib edilibsə, bu zaman, müəssisənin xarici valyuta hesabında olan pul vəsaitinin 31.12.2015 tarixinə yenidənhesablanması nəticəsində müəssisədə müsbət məzənnə fərqi yaranacaqdır. Məzənnə fərqi bu cür hesablanacaqdır: 5 000 EUR * (1.7046 – 1.1717) = 2 664.50 AZN

Misallardan gördüyümüz kimi məzənnə fərqi müsbət – müəssisənin xeyrinə, və ya mənfi – müəssisənin ziyanına ola bilər. Məzənnə fərqi nəticəsində balansın aktivinin manat ekvivalenti artırsa, passivi isə dəyişilməz qalırsa, bu zaman, müsbət məzənnə fərqi yaranır. Və əksinə, məzənnə fərqi nəticəsində balansın passivinin manat ekvivalenti artırsa, aktiv hissəsi dəyişilməz qalırsa, bu zaman, mənfi məzənnə fərqi yaranır.

Mühasibat balansında xarici valyutada olan maddələr yenidənqiymətləndirilmə məqsədləri üçün iki qrupa bölünür:

  • monetar maddələr
  • və qeyri-monetar maddələr.
Monetar maddələrə aiddir:
  • banklarda və başqa kredit təşkilatlarında xarici valyuta hesablarında olan pul qalıqları;
  • kassada xarici valyutada olan pul vəsaiti;
  • xarici valyutada olan sair pul vəsaitləri (pul sənədləri daxil olmaqla);
  • qiymətli kağızlar;
  • xarici valyutada olan debitor və kreditor borclar.
Mühasibat balansı tərtib edilən zaman xarici valyutada olan monetar maddələr hesabat tarixinə olan məzənnə ilə hesablanır.

Qeyri-monetar maddələr aşağıdakılardır:

  • əsas vəsaitlər
  • ehtiyatlar
  • gələcək dövrlərin xərcləri
  • bitməmiş istehsal və s.
Qeyri-monetar maddələr mühasibat balansında tanındığı tarixin məzənnəsi ilə hesablanır. Bu maddələr üzrə məzənnə fərqi hesablanmır.

Misal 3.

Müəssisə tərəfindən 10.12.2015 tarixində 10 000$ dəyərində olan mallar alınmışdır. 10.12.2015 tarixinə ABŞ dolları/AZN məzənnəsi 1.0492 idi. Alınan mallar müəssisə balansına 1.0492 məzənnəsi ilə 10 492 AZN məbləğində uçota alınnacaqdır. Mühasibat balansı tərtib edilən tarixə 31.12.2015 tarixinə ABŞ dolları/AZN məzənnəsi 1.5578 olsada ehtiyatlar hesabında olan mallar yenidənhesablanmayıb 10 492 AZN kimi qalacaq.

Məzənnə fərqinin hesablanması üçün çox vacidir ki, əməliyyatın tarixi düzgün müəyyən edilsin. Əməliyyatın tarixi onun iqtisadi və hüquqi mahiyyəti əsasında müəyyən edilir. Adətən, əməliyyatın tarixi, müəssisənin mühasibat uçotunda əmlakın və ya öhdəliyin tanınması hüququ yaranan tarixə aid edilir. Xarici valyuta ilə hazırlanan müqavilələrdə əmlakın, öhdəliklərin tanınma vaxtları qeyd edilməlidir ki, məzənnə fərqinin hesablanmasında heç bir anlaşılmazlıq halları olmasın.

Mühasibat uçotu

Hesabat ilində xarici valyutanın Azərbaycan manatına nisbətdə rəsmi məzənnəsinin dəyişməsindən əmələ gələn mənfi və müsbət məzənnə fərqi 83 – 4 «Məzənnə fərqi» subhesabında uçota alınır. Bu subhesabdan hesabat ili ərzində məzənnə fərqi məbləğlərini bilvasitə 80 ¹ -li «Mənfət və zərər» hesabına aid etməyən müəssisələr istifadə edirlər.

Hesabat ili ərzində 83 ¹ -li «Gələcək dövrlərin gəlirləri» hesabında pul vəsaitlərini və debitor və kreditorlarla hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilmədə mənfi və müsbət məzənnə fərqləri əks etdirilir. Hesabat ilinin sonunda 83 –4 «Məzənnə fərqi» subhesabının debet və kredit dövriyyələri üzləşdirilir və məzənnə fərqinin qalığı müəyyən edilir ki, bu da öz növbəsində 80 ¹ -li «Mənfəət və zərər» hesabına silinir (qanunvericilik və normativ aktlara müvafiq olaraq silinməyən məbləğlərdən başqa).

83 –4 «Məzənnə fərqi» subhesabı üzrə analitik uçot valyuta hesabları, təhtəlhesab şəxslər və s. üzrə hər bir növ məzənnə fərqinə görə; debitor və kreditorlarla hesablaşmalarla əlaqədar məzənnə fərqləri isə hər bir borca görə aparılır.

Xarici valyutadan ibarət pul vəsaitləri və onlarla aparılan əməliyyatlar xarici valyutanın pul-hesablaşma sənədlərinin yazıldığı tarixə qüvvədə olan məzənnə üzrə yenidən hesablanması yolu ilə müəyyən edilən məbləğdə – manatla uçota alınır. Eyni zamanda bu vəsaitlər və əməliyyatlar valyuta hesablaşmaları və ödəmələrində əks etdirilir.

Valyuta hesablarındakı valyutaların (növlər üzrə) Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnələrinə uyğun olaraq hər dəfə yenidənqiymətləndirildiyi zaman dövr üzrə artan məzənnə fərqi həmin valyutaların istifadə məqsədləri nəzərə alınmaqla müvafiq hesablarda uçota alınır. Bank hesabları, öhdəlikləri və hesablaşmaları üzrə xarici valyuta əməliyyatları, eləcə də xarici valyuta ilə daxil olmuş material qiymətliləri, qeyri-maddi aktivlər, qiymətli kağızlar və əmlakın digər növləri mühasibat uçotunda, əməliyyatın aparılma tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının qüvvədə olan valyuta məzənnələri üzrə xarici valyutanın yenidən haqq-hesab edilmə yolu ilə qiymətləndirilərək müəyyən edilmiş məbləğdə manatla əks etdirilir. Eyni zamanda göstərilən yazılışlar valyuta hesablaşmalarının və tədiyyələrinin analitik uçotunda da göstərilir.

Müsbət və mənfi məzənnə fərqləri üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:
N Əməliyyatın məzmunu Debet Kredit
1.1 Kassada olan xarici valyutaların qalıq məbləğlərinin məzənnə fərqi
Müsbət
Mənfi
50
83.4
83.4
50
1.2 Bank valyuta hesablarında pul vəsaitləri üzrə manatın məzənnə fərqi.
Müsbət
Mənfi
52
83.4
83.4
52
1.3 Hesablaşması valyuta ilə aparılan, sifarişçilərlə təhvil verilmiş işlər üzrə məzənnə fərqi (məzənnənin düşməsi və ya qalxması)
Müsbət
Mənfi
62
83.4
83.4
62
1.4 Tədarük üzrə malsatanlara olan borcun qeydiyyatdan keçdiyi tarixdən, ödənildiyi ana qədər, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədər məzənnə fərqi yarandıqda 83.4
60
60
83.4
1.5 Xarici valyuta ilə kreditlərin məzənnə fərqi:
Müsbət
Mənfi
90,92
83.4
83.4
90,92
1.6 Xarici valyutada alınmış borclar üzrə müsbət məzənnə fərqi əks etdirildikdə:
Müsbət
Mənfi
94,95
83.4
83.4
94,95
1.7 Mənbələri aşağıdakılardan ibarət olan satışdan kənar gəlirlər
Müsbət
Mənfi
55,71,76
83.4
83.4
55,71,76
1.8 İlin sonunda 83.4 subhesabında toplanan məzənnə fərqinin 80-ci hesaba silinməsi
Mənfəət
Zərər
83.4
80
80
83.4

Vergi uçotu

Azərbaycan Respubikasının Vergi Məcəlləsində, maddə 13.2.12-ci maddəsinə əsasən xarici valyuta əməliyyatları üzrə müsbət və mənfi məzənnə fərqləri, satışdankənar gəlirlər kimi tanınır və maliyyə nəticələrinə aid edilir.

Vergi Məcəlləsində məzənnə ilə bağlı olan bilməyimiz vacib olan bir başqa maddə 69-dur – "Xarici valyutanın manat ilə hesablanması". Bu maddəyə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Misal.

Müəssisə xarici şirkətə 10.12.2015 tarixində 150 000$ məbləğində mal satmışdır. Müəssisə gəlir və xərclərini hesablamalar metodu ilə uçota alır. Mənfəət vergisi məqsədləri üçün, müəssisə xarici şirkət tərəfindən 150 000$ nə vaxt ödəcəyindən asılı olmayaraq 2015-ci ildə 150 000*1.0492 = 157 380 AZN gəlir tanımalıdır.

Mənbə: www.muhasib.az



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat

Yumor
Molla və quldurlar.

Günlərin birində quldurlar Mollanı yolda tutub soyurlar. Eşşəyini, cibindəki pullarını alandan sonra başlayırlar özünü də döyməyə. Molla axırda dilə gəlib deyir:
- Yaxşı, var-yoxumu əlimdən aldınız, öz yerində, bəs özümü niyə döyürsünüz? Gec gəlmişəm, ya az gətirmişəm?


Kiçik Auditor
Mühasib
Mühasib
Vergi uçotu üzrə Böyük Mühasib
Baş Xəzinədar
Maliyyə Meneceri
Maliyyə Meneceri

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!