Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

     Əməkhaqqından ayırmalarda yeni sistem: kim udacaq, kim uduzacaq?


2013-09-14 | Kadr işi | Baxılıb: 2387 dəfə

Azərbaycanda tezliklə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırmalar üzrə vergi yükü işəgötürəndən işçinin üzərinə köçürüləcək. Biz bu dəyişikliklərdən kimin udacağını biz hesablamışıq. Bəs bunun ziyanı kimə olacaq?

Hazırda muzdlu işçilər ona hesablanmış əməkhaqqından DSMF-nin hesabına 3%, əməkhaqqı 200 AZN-dən az və 2500 AZN-dən çox olmamaq şərti ilə 14% gəlir vergisi ödəyir. İşəgötürən isə əməkhaqqı fondunun 22%-ni DSMF-nin hesabına köçürür.

Qanunvericilər DSMF-yə köçürmələrin 4%-ni işçinin çiyninə qoymağı təklif edirlər. Bu halda işəgötürənlər DSMF hesabına 18%, işçilər isə hesablanmış əməkhaqqının 7%-ni köçürməli olacaqlar. Bundan əlavə, 14%-lik gəlir vergisi də işçinin üzərində qalır.


İslahatın pulunu kim ödləyəcək ?

İndi isə şərti bir nümunəni nəzərdən keçirək: tutaq ki, işçi əlinə "rəsmi" 1000 AZN əməkhaqqı alır, vergi yükü isə 22/3 (işəgötürən/işçi) nisbəti ilə bölüşdürülür. Bütün ayırmaları nəzər aldıqdan sonra işəgötürən hazırda 1470 AZN ödəməlidir. DSMF-yə isə 301,2 AZN daxil olacaq.

İşəgötürənin DSMF-yə ayırmaları, %22
İşçinin DSMF-yə ayırmaları, %3
Gəlir vergisinin faiz dərəcəsi14
İşçiyə hesablanmış əməkhaqqı1204,8
İşəgötürənin DSMF-yə ödənişləri, AZN265,1
İşəgötürənin ödənişləri, cəmi, AZN-lə1469,9
İşçinin DSMF-yə ödənişlərinin məbləği, AZN36,1
İşçinin ödədiyi gəlir vergisinin məbləği, AZN168,7
İşçinin əlinə aldığı əməkhaqqı, AZN1000,0
DSMF-yə cəmi ayırmalar, AZN301,2

Bəs, yeni 18/7 nisbəti ilə bölgü sistemində necə olacaq? Əgər işçinin əməkhaqqı bayaqkı nümunədəki məbləğdə olarsa, dəyişiklikdən sonra bir neçə nəticə əldə olunacaq:

İşəgötürən 48,2 AZN-ə qənaət edəcək, onun ödənişi isə 1421,7 AZN-ə düşəcək.

İşçinin "təmiz" əməkhaqqı isə elə həmin məbləğdə, yəni 48,2 AZN azalaraq 951,8 AZN təşkil edəcək.

Dövlət Sosial Müdafiə Fondu heç nə itirmir və heç nə udmur - onun hesabına köçürülən məbləğ əvvəlki kimi, 301,2 AZN olacaq.

İşəgötürənin DSMF-yə ayırmaları, %18
İşçinin DSMF-yə ayırmaları, %7
Gəlir vergisinin faiz dərəcəsi14
İşçiyə hesablanmış əməkhaqqı1204,8
İşəgötürənin DSMF-yə ödənişləri, AZN216,9
İşəgötürənin ödənişləri, cəmi, AZN-lə1421,7
İşçinin DSMF-yə ödənişlərinin məbləği, AZN84,3
İşçinin ödədiyi gəlir vergisinin məbləği, AZN168,7
İşçinin əlinə aldığı əməkhaqqı, AZN951,8
DSMF-yə cəmi ayırmalar, AZN301,2

İndi isə işçinin əlinə aldığı məbləğin əvvəlki həddə qalması üçün işəgötürənin ona nə qədər əməkhaqqı hesablamalı olduğunu hesablayaq. Bir neçə sadə hesablama əməliyyatı keçirməklə, məlum olur ki, işçinin hesablanmış əməkhaqqı 1265,8 AZN-ə qədər artmalıdır. Bu zaman işəgötürənin ümumi məsrəfləri 1493,7 AZN təşkil edəcək ki, bu da keçmiş 22/3 nisbətli sistemdə olduğundan 1,6% çoxdur. Bununla yanaşı, DSMF-yə ayırmalar da 316,5 AZN-ə qədər artacaq.

İşəgötürənin DSMF-yə ayırmaları, %18
İşçinin DSMF-yə ayırmaları, %7
Gəlir vergisinin faiz dərəcəsi14
İşçiyə hesablanmış əməkhaqqı1265,8
İşəgötürənin DSMF-yə ödənişləri, AZN227,8
İşəgötürənin ödənişləri, cəmi, AZN-lə1493,7
İşçinin DSMF-yə ödənişlərinin məbləği, AZN88,6
İşçinin ödədiyi gəlir vergisinin məbləği, AZN177,2
İşçinin əlinə aldığı əməkhaqqı, AZN1000,0
DSMF-yə cəmi ayırmalar, AZN316,5

Qeyd edək ki, bu variantda yalnız dövlət büdcəsində artım olacaq: DSMF-yə ayırmalar 5% artacaq, gəlir vergisi üzrə köçürmələr də 5% artacaq.

Beləliklə, əgər işəgötürən öz işçilərinin real əməkhaqqını islahatlardan əvvəlki səviyyədə saxlamaq istəsə, o zaman əlavə məsrəflərə getməli olacaq.

Eyni zamanda yaddan çıxarmaq olmaz ki, statistik hesabatlarda hesablanmış əməkhaqqı yaxşı rəqəmlərlə ifadə olunacaq. Əslində isə, işçilərin həmin məbləğin 79%-i ələ alacaqları isə yalnız işçilərin özlərini narahat edəcək.

Rəsmi əmək haqları artmayacaq?

Yeniliyin digər bir tərəfi isə ondan ibarətdir ki, o nəzəri olaraq "paketlərdə verilən" əmək haqlarının sayını xeyli azaltmalıdır. İlk baxışda, bu cür gözləntinin məntiqi anlaşılandır: əgər işəgötürən ayırmalara daha az pul xərcləyəcəksə, bu o deməkdir ki, onun üçün əmək haqlarının "rəsmi" şəkildə verilməsinə keçmək daha sərfəli olacaq.

Lakin gəlin görək, bu həqiqətən belədirmi?

Təsəvvür edək ki, işəgötürən işçiyə elə bir qədər əvvəl nəzərdən keçirdiyimiz qədər, yəni 1000 AZN əməkhaqqı ödəyir. Bu zaman işəgötürən maaşın 500 AZN-ini "rəsmi", qalan hissəsini isə paketdə ödəyəcək. O zaman alırıq ki, işəgötürənin 1000AZN əməkhaqqı ödəmək üçün ümumi məsrəfləri 1234,9 AZN təşkil edəcək.

İşəgötürənin DSMF-yə ayırmaları, %22
İşçinin DSMF-yə ayırmaları, %3
Gəlir vergisinin faiz dərəcəsi14
İşçiyə hesablanmış əməkhaqqı602,4
İşəgötürənin DSMF-yə ödənişləri, AZN132,5
İşəgötürənin ödənişləri, cəmi, AZN-lə734,9
İşçinin DSMF-yə ödənişlərinin məbləği, AZN18,1
İşçinin ödədiyi gəlir vergisinin məbləği, AZN84,3
İşçiyə paketdə verilən əməkhaqqı, AZN500,0
İşçinin əlinə aldığı əməkhaqqı, AZN1000,0
DSMF-yə cəmi ayırmalar, AZN150,6

Vergi yükünün 22/3 nisbətindən 18/7 nisbətinə dəyişdiyi halda nə baş verəcək? İşəgötürən ayırmalarda 24,1 AZN-ə qənaət edəcək və işçinin real əməkhaqqı da elə bu qədər azalacaq.

İndi isə belə bir halı nəzərdən keçirək: tutaq ki, vəziyyətdən narazı olan işçi əvvəlki əməkhaqqı səviyyəsinin bərpa olunmasını tələbə edir. Bu zaman işəgötürənin seçimi olacaq: ya paketə 24,1 AZN əlavə etmək, və yaxud həmin pulu "rəsmi" şəkildə ödəmək üçün 36 AZN xərcləmək. Aydındır ki, əmək haqlarının paketdə verilməsi ilə bağlı risklər qalması şərti ilə işəgötürən yenə də birinci variantı seçəcək.

Hadisələrin inkişafı ssenariləri

Real yanaşma: işəgötürənləri könüllü qaydada işçilərin itirdikləri gəlirləri kompensasiya etməyə məcbur edirlər. Bu zaman dövlət büdcəsinə ayırmalar artır, belə ki, DSMF və gəlir vergisindən alınan məbləğ ümumilikdə 10,1% artır.

Bu həmçinin işəgötürənlərin əməkhaqqı ödənilməsi ilə bağlı məsrəflərinin 1,6% artmasına gətirəcək. Bütün bu məsrəflər mal və xidmətlərin dəyərinə daxil ediləcək və nəticədə, yenə də bütün xərclər elə işçilərin boynuna düşəcək. İxracla məşğul olan şirkətlər üçün vəziyyət bir qədər mürəkkəb olacaq, belə ki, onların istehsal etdiyi məhsulların qiymətinin artımı xarici bazarlarda rəqabət qabiliyyətinin azalmasına gətirib çıxara bilər.

Sahibkarların bir hissəsi işçiləri itirməmək və eyni zamanda əlavə vəsait xərcləməmək üçün paketdə verilən əməkhaqlarının həcmini artıra bilər.

Nikbin yanaşma: DSMF-yə ayırmaların yenidən bölgüsü ilə eyni zamanda işçinin digər vergi ödənişləri də azalacaq. Məsələn, gəlir vergisi azalacaq və vergitutmalar artacaq. Bu cür yanaşmada sahibkarlar və işçilər islahatlardan heç bir ziyan çəkməyəcək, lakin dövlət büdcəsinə ziyan dəyəcək.

Bədbin yanaşma: işəgötürənlər nəyin bahasına olursa olsun işçilərin əməkhaqqını qoruyub saxlamağa çalışmayacaqlar. Əmək bazarı, yeni şəraitə uyğunlaşaraq, özünü korreksiya edəcək.

Mənbə: http://www.biznesinfo.az/observer/dossier/params/ln/az/article/84671



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat

Yumor
Qaçaqmalçı Molla.

Molla hər gün çör-çöplə yüklü eşşəklə sərhəddi keçirdi. Hamı bilirdi ki, Molla qaçaqmalçılıqla məşğuldur. Ona görə sərhədçilərv o qayıdanda onu başdan-ayağa kimi yoxlayırdılar, amma bir şey tapa bilmirdilər. Molla Nəsrəddinin vəziyyəti isə günü-gündən yaxşılaşırdı.
Axırda o işi buraxıb başqa ölkəyə yaşamağa köçür. Bir neçə il keçmişdir ki, sərhədçilərdən biri Mollaya rast gəlir. O suruşur: "Ay Molla, indi ki qizlətməyə bir səbəb yoxdur, de görüm, sən sərhəddən nə keçirirdin?."
- Eşşəkləri - deyib, Molla yoluna davam edir.


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!