Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Əmək haqqından tutulmalar


İşçi hеyətinə hеsablanmış əmək haqqı məbəğindən aşağıdakı tutulmalar aparıla bilər:
  • gəlir vеrgisi
  • əvvəlcədən avans kimi ödənmiş əmək haqqı
  • müəssisəyə dəyən zərər üçün təqsirkar kimi işçidən tutulmalı оlan məbləğ
  • alimentlər
  • vaxtında təhtəhhesab şəxslər tərəfindən qaytarılmamış məbləğlər
  • işçiyə verilən borclar və faizlər
  • işçinin razılığı əsasında sair tutulmalar (həmkarlar təşkilatlarına üzvülük haqqı, sığorta şirkətlərinə ödəmələr və s.)
AR Əmək Məcəlləsinin 176 -cı maddəsinə əsasən:

Maddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması

  • Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
  • əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
  • Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

Əmək haqqından bütün tutulmalar üzrə müxabirləşmələr 70 saylı hesabın debetində qeydə alınır.

DtKtMəbləğƏməliyyatın məzmunu
706810 000Gəlir vergisinin tutulması
70505 000Əvvəlcədən avans kimi ödənmiş məbləğin tutulması
7073.32 200Müəssisəyə dəyən zərər üçün təqsirkar kimi işçidən tutulmalı оlan məbləğin tutulması
70761 000Alimentlərin tutulması
707120 000Vaxtında təhtəhhesab şəxslər tərəfindən qaytarılmamış məbləğlərin tutulması
7073.2220İşçiyə verilən borclar və faizlərin tutulması
70761 000İşçinin razılığı əsasında üçüncü şəxslərin xeyrinə tutulmalar


Əmək haqqından tutulmalar
İATM (İqtisadi Araşdırmalar və Tədris Mərkəzi)
   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!