Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Əsas vəsaitlərin daxil olması və istismara verilməsi


Müəssisələrə əsas vəsaitlər aşağıdakı mənbələrdən daxil ola bilər:
  1. təsisçilərin pay qoyuluşu şəklində
  2. müəssisənin özü tərəfindən inşa(istehsal) edilən əsas vəsaitlər
  3. digər müəssisə və şəxslərdən pulla alındıqda
  4. başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olduqda
  5. dövlət orqanları tərəfindən verildikdə
  6. uzumüddətli icarəyə götürüldükdə
Əsas vəsaitlərin müəssisə əmlakına daxil olması zamanı 08-ci hesabda kapital qoyuluşları əks edilir. Əsas vəsaitlərin istismara verilməsi zamanı onların ilkin dəyəri formalaşır və 01-ci hesabda əks edilir.

Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması Əsas vəsaitin istismara qəbul edilməsi haqqında AKT ilə rəsmiləşdirilir.
Yeni tikilmiş və istifadəyə verilən əsas vəsaitlər isə xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə uyğunluğu, istifadə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş istehsal-texniki sənədlərlə birlikdə əsas vəsait kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur.
İnventar karatları müəssisədə əsas vəsaitlərin obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya norması, köhnəlmə həcmi və s. göstərilir. İnventar kartı mühasibatlıqda xüsusi ayrılmış əsas vəsaitlərin uçotu üzrə jurnalda əks olunur. Əsas vəsait müəssisədən çıxarkən inventar kartı uçotdan çıxarılır. İnventar kartına əsasən müəssisə mühasibatlığında daxil olmuş və çıxarılmış əsas vəsaitlərin qruplar üzrə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miqdarda əsas vəsaitlərin olduğu halda onların obyektlər üzrə uçotu inventar kitablarında aparılır.

Əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbəədən daxil olması ilə əlaqədar olaraq müvafiq mühasibat yazılışı aparılır.

N Əməliyyatın məzmunu Debet Kredit
1     Təsisçilərin pay qoyuluşu şəklində alındıqda
1.1 Təsisçilərin pay qoyuluşu üzrə öhdəliyinin formalaşması 75-1 85
1.2 Təsisçilərin pay qoyuluşu şəklində əsas vəsaitlərin daxil olması 08 75-1
1.3 Əsas vəsaitlərin istismara verilməsi 01 08
2     Müəssisənin özü tərəfindən inşa(istehsal) edilən əsas vəsaitlər
2.1     podrat üsulu ilə inşa(istehsal) edilən əsas vəsaitlər (tikinti başqa müəssisə tərəfindən aparılır)
2.1.1 Podrat işlərin dəyəri formalaşır 08 60
2.1.2 Əsas vəsaitlərin istismara verilməsi 01 08
2.2     təsərrüfat üsulu ilə inşa(istehsal) edilən əsas vəsaitlər (tikinti müəssisə tərəfindən aparılır)
2.2.1 Tikinti materilalları silinir 08 10
2.2.2 Tikinti ilə məşğul olan işçilərin əmək haqqısı hesablanır 08 70
2.2.3 Əsas vəsaitlərin istismara verilməsi 01 08
3     Digər müəssisə və şəxslərdən pulla alındıqda
3.1     quraşdırma (montaj) tələb etməyən
3.1.1 Malgöndərəndən malın alınması, alış qiyməti ilə 08 60
3.1.2 Nəqliyyat və sair çatdırılma xərcləri 08 76, 60, 23
3.1.3 Əsas vəsaitlərin istismara verilməsi 01 08
3.2     quraşdırılan (montaj edilən)
3.2.1 Malgöndərəndən malın alınması, alış qiyməti ilə 07 60
3.2.2 Avadanlıq montaja verilir 08 07
3.2.3 Quraşdırma (montaj) xərcləri silinir 08 10,70,69
3.2.4 Əsas vəsaitlərin istismara verilməsi 01 08
4     Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olduqda
4.1 Əsas vəsaitlər əvəzsiz daxil olub 01 87
5     Uzumüddətli icarəyə götürüldükdə
5.1 Əsas vəsaitlər uzumüddətli icarəyə götürülüb 03 97

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!