Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 19.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Əsas vəsaitlərin xaric olması


Əsas vəsaitlər müəssisədən müxtəlif səbəblər nəticəsində çıxa bilər:
  • satıldıqda
  • ləğv edilib silindikdə
  • əvəzsiz olaraq başqa təşkilata və fiziki şəxsə verildikdə
  • maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi verildikdə
  • təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəldikdə
  • müəssisənin tabeçiliyində olan başqa müəssisəyə verildikdə
  • uzunmüdətli icarəyə verildikdə
Xaric edilən və ya gələcəkdə müəssisəyə iqtisadi səmərə (gəlir) gətirməyən əsas vəsaitin dəyəri müəssisənin balansından silinməlidir.

Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat-ına əsasən müəssisəyə məxsus əsas vəsaitlərin satışı və sair xaricolmaları (ləğvi, silinməsi, əvəzsiz olaraq verilməsi və s.) prosesləri haqqında məlumatları ümumiləşdirmək, eləcə də onların satışından olan maliyyə nəticələrini müəyyənləşdirmək üçün 47 N -li "Əsas vəsaitlərin satışı və sair xaricolmaları" hesabı nəzərdə tutulmuşdur.

Əsas vəsaitlərin müəssisədən çıxmasının səbəblərinin müxtəlif olmasına baxmayaraq (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlar müəssisədən çıxan zaman onların ilkin dəyəri 01 "Əsas vəsaitlər" hesabından 47 "Əsas vəsaitlərin satışı və sair xaricolmalar" hesabının debetinə silinir. Tamamilə xarab olmuş, yaxud çatışmayan əsas vəsaitlərin ilk dəyərlərinin silinməsi zamanı da bu cür mühasibat yazılışı tərtib edilir.

N Əməliyyatın məzmunu Debet Kredit
1    Əsas vəsaitlər satıldıqda
1.1 Əsas vəsaitin ilkin dəyəri silinir 47 01
1.2 Hesablanmış köhnəlmə silinir 02 47
1.3 Hesab-faktura alıcıya təqdim olunur 62 47
1.4 ƏDV hesablanır 47 68
1.5 Əməliyyat üzrə mənfəət (zərər) hesablanır 47(80) 80(47)
2    Yararsız əsas vəsaitlər silindikdə
2.1 Yararsız əsas vəsaitin ilkin dəyəri silinir 47 01
2.2 Hesablanmış köhnəlmə silinir 02 47
2.3 Sökülmə xərcləri hesablanır 47 69,70,76
2.4 Silinmə nəticəsində yararlı materiallar anbara mədaxil edilir 10 47
2.5 Tam amortizasiya olunmadan uçotdan ƏV silinməsi üzrə hesablanan ƏDV (AR VM, 159.5) 47 68
2.6 Əməliyyat üzrə mənfəət (zərər) hesablanır 47(80) 80(47)
3    Başqa müəssisə və təşkilatlara əsas vəsaitlər əvəzsiz olaraq verildikdə
3.1 Əvəzsiz verilən əsas vəsaitin ilkin dəyəri silinir 47 01
3.2 Hesablanmış köhnəlmə silinir 02 47
3.3 Əsas vəsaitin dəyəri silinir 87, 88 47
3.4 Əvəzsiz verilən Əsas vəsaitin bazar qiymətinə nisbətən hesablanan ƏDV 47 68
4    İstismarda olan əsas vəsaitlər ATƏ-yə (az qiymətli və tezköhənələn əşyalar sırasına) keçirildikdə
4.1 İlkin dəyər ATƏ hesabına keçirilir 12 01
4.2 Hesablanmış köhnəlmə keçirilir 02 13
5    Əsas vəsait əskik gəldikdə
5.1 Əsas vəsaitin ilkin dəyəri silinir 47 01
5.2 Hesablanmış köhnəlmə silinir 02 47
5.3 Əskik gələn Əsas vəsaitin bazar qiymətinə nisbətən hesablanan ƏDV 47 68
5.4 Çatışmazlıq əks olunur 84 47
5.5 Günahkar şəxsin hesabına aid edilir 73 84
5.6 Günahkar şəxsin əmək haqqından tutulur 70 73
6    Əsas vəsait uzunmüddətli icarəyə verildikdə
6.1 Əsas vəsaitin ilkin dəyəri silinir 47 01
6.2 Hesablanmış köhnəlmə silinir 02 47
6.3 Müqavilə üzrə icarə məbləği göstərilir 09 47
6.4 İcarəyə verilən əsas vəsaitin ƏDV əks etdirilir 47 68
6.5 Gəlir(zərər) əks olunur 47(83) 83(47)
6.6 İllik icarə haqqı daxil olub 51 09
6.7 İcarə haqqından ƏDV hesablanır 76 68
6.8 İcarədən gəlir(zərər) əks etdirilir 83(80) 80(83)
7    Maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi verildikdə
7.1 Əsas vəsaitin ilkin dəyəri silinir 47 01
7.2 Müqavilə qiyməti ilə təhvil verilir 06 47
7.3 idxal olunan əmlak istisna olmaqla müəssisənin Nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV tutulmur, əks halda tutulur 47 68

Sənədlər

Əsas vəsaitlər xaric olarkan müvafiq ilkin sənədlər tərtib edilməlidir. Yarasız hala düşmüş əsas vəsaitlər silindikdə Forma N 3Q "Əmlakın (qiymətlilərin) ləğvi aktı" tərtib edilir (yüklə - MS Excell - 22 KB)

"Avtomobil nəqliyyatı vasitələrinin ləğvi aktı"(yüklə - MS Excell - 26 KB)

Qanunvericilik

Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə QAYDALAR (yüklə - MS Word - 213 KB)



   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!