Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 29.03.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Hesablaşma hesabı ilə əməliyyatlar


Hər bir müəssisə kontragentləri ilə nəğdsiz hesablaşmaları hesablaşma hesabı ilə apara bilər. Bir müəssisə müxtəlif banklarda istənilən sayda hesablaşma hesabı aça bilər.

Hesablaşma hesabı üzrə əməliyyatlar AR Mərkəzi Bankın İdarə Heyətinin 17 sentyabr 2013 – ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat"-ı əsasında aparılır.

Bank çıxarışı

Mühasibat uçotunda hesablaşma hesabı üzrə əməliyyatlar bank çıxarışları əsasında aparılır. Hər bir bank müştərisinə bank çıxarışını bank əməliyyatları olan günlər üçün mütamadi verməyə borcludur. Bank çıxarışları daxil olduqca mühasibatlıq tərəfindən xronoloji sürətdə işlənir. Onlar mühasibat yazılışları üçün əsas hesab edilir. Bank hesabından çıxarışda ən azı aşağıdakı məlumatlar əks etdirilir:

  • Bankın adı
  • Hesab sahibinin adı;
  • Ödəniş əməliyyatının aparıldığı hesabın nömrəsi;
  • Çıxarışın tarixi
  • Çıxarışın əhatə etdiyi müddət;
  • Hesab üzrə giriş və çıxış qalığı;
  • Hesab üzrə aparılan hər bir əməliyyatın məbləği və onu əsaslandıran sənədin adı;
  • Dövriyyələrin cəmi (hesabdan çıxarış dövri verildikdə hesab üzrə debet və kreditin tarixi);
  • Hesabın valyutası (kodu).
Kağız daşıyıcısında tərtib olunan bank hesabından çıxarış bankın məsul şəxsinin imzası və ştampı ilə təsdiq olunur. Müştərinin tələbi ilə bank çıxarışına ödəniş əməliyyatını müşayiət edən bank sənədləri bankın məsul şəxsinin imzası və ştampı ilə təsdiq edilməklə əlavə olunur.

Ödəniş tapşırığı

Hesablaşma hesabından məbləğ yalnız müştərinin icazəsi ilə məxaric edilə bilər. Müəssisə öz hesablaşma hesabından başqa bir müəssisənin hesablaşma hesabına pul köçürmək üçün öz bankına "Ödəniş tapşırığı" göndərir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank (emitent bank) ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) bank hesabına köçürür.

Mübahisəsiz qaydada (ödəyicinin sərəncamı olmadan) ödəyicinin bank hesabından köçürmə məhkəmə qərarı əsasında və ya vergi orqanlarının tələbi əsasında vergi yoxlamaları zamanı hesablanan cərimə və penyaların tutulması məqsədi ilə aparıla bilər.

Ödəniş tapşırığı ödəyici tərəfindən doldurulur. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər:

  • Ödəyicinin adı və digər rekvizitləri;
  • Vəsait alanın adı və digər rekvizitləri;
  • Emitent bankın adı və digər rekvizitləri ( "V" formatlı ödəniş tapşırığı istisna olmaqla ) ;
  • Benefisiar bankın adı və digər rekvizitləri;
  • Vəsaitin məbləği və valyuta növü;
  • Ödənişin təyinatı.

Hesablaşma hesabı üzrə əməliyyatlar mühasibat uçotunda hesablar planının 223 "Bank hesablaşma hesabları" saylı hesabı üzrə aparılır. Manat üzrə əməliyyatları xarici valyutada olan əməliyyatlardan ayırmaq üçün 223 saylı hesaba 223-1 "Manat hesablaşma hesabı" subhesabı açmaq lazımdır. Hesablaşma hesabı üzrə bəzi əməliyyatların müxabirləşməsi aşağıdakı cədvəldə verilib:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hesablaşma hesabına kassadan pul daxil olub 223-1 "Manat hesablaşma hesabı" 221 "Kassa" 2 000
2 Hesablaşma hesabına satılan mallara görə alıcılardan pul daxil olub 223-1 "Manat hesablaşma hesabı" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 800
3 Hesablaşma hesabına alınan kreditlərin pulu daxil olub 223-1 "Manat hesablaşma hesabı" 501 "Qısamüddətli bank kreditləri" 10 000
4 Kassaya hesablaşma hesabından pul daxil olub 221 "Kassa" 223-1 "Manat hesablaşma hesabı" 500
5 Alınan mallara, xidmətlərə və işlərə görə malsatan və podratçılara pul köçürülür 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223-1 "Manat hesablaşma hesabı" 5 500
6 Büdcəyə hesablanan vergilərə görə pul köçürülür 521 "Vergi öhdəlikləri" 223-1 "Manat hesablaşma hesabı" 1 000


   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!