Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.03.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      NKA alınması və qeydiyyatı


Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir. (AR Vergi Məcəlləsi Maddə 13.2.24)

AR Vergi Məcəlləsi Maddə 50.7 əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

Vergi Məcəlləsinin 16.1.8. maddəsinə görə pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidirlər. Lakin, aşağıda qeyd edilən bəzi fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nəğd hesablaşmaları nəzarət-kassa aparatı ilə aparmaqdan azaddırlar.

  1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  4. qiymətli kağızların və lotereya biletlərinin satışı;
  5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

Nəzarət-kassa aparatının qeydiyyata alınması.

Nəzarət-kassa aparatının qeydiyyata alınması üçün vergi ödəyicisi tərəfindən ərazi üzrə vergi orqanına müvafiq ərizə ("Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında Ərizə") verilməli və bu ərizəyə aşağıda qeyd olunan sənədlər əlavə olunmalıdır:

  • Nəzarət-kassa aparatının texniki pasportu;
  • Servis texniki xidmət mərkəzinin nəzarət-kassa aparatının quraşdırılması barədə aktı;
  • Ərizənin təqdim olunma tarixinə nəzarət-kassa aparatının fiksal yaddaşının göstəricisini əks etdirən çek;
  • Mövcud qanunvericilikdə pos-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində onların quraşdırılması barədə sənəd;
  • Elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti quraşdırılmalı nəzarət-kassa aparatları üzrə servis taxniki xidmət mərkəzinin elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması barədə aktı. Həmin akta istifadədə olan nəzarət-kassa aparatının fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə nəzarət-kassa aparatına mədaxil edilmiş dövriyyə barədə "Z" hesabatının surəti əlavə olunmalıdır;
  • Nəzarət-kassa aparatının texniki kitabı və nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı.

Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

  1. vergi ödəyicisinin adı;
  2. VÖEN-i;
  3. çekin vurulmasının tarixi və saatı;
  4. obyektin adı və yerləşdiyi ünvan;
  5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
  8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).


   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!