Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Qeyri-maddi aktivlərin amortizasiyası


Amortizasiya olunan qeyrimaddi aktivlər üzrə illik amortizasiya normaları AR Vergi Məcəlləsinin 114.3.6. maddəsinə əsasən: istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə müəyyən edilir.

12 saylı Milli Mühasibat Uçotu Standartına əsasən :

  • Məhdud istifadə müddətli qeyri-maddi aktivin amortizasiya olunan dəyəri onun faydalı istifadə müddəti üzrə müntəzəm olaraq bölünməlidır (paylaşdırılmalıdır). Amortizasiya, aktivin istifadəyə verilildiyi andan başlayaraq hesablanır, yəni müəssisə rəhbərliyi tərəfindən həmin aktivin müəyyən edilmiş qaydada işləməsi üçün zəruri olan məkan və vəziyyətə gətirildiyi andan və bu aktivin faktiki istifadəsindən asılı olmayaraq hesablanmağa başlamalıdır . Aktivdən müntəzəm olaraq istifadə edilməməsi faktı amortizasiyanın dayandırılmasına mütləq səbəb kimi hesab edilməli deyil. Aşağıdakı hallardan hər hansı biri ən tez baş verdikdə amortizasiyanın hesablanması həmin tarixdə dərhal dayandırılmalıdır:
    1. aktiv satış üçün nəzərdə tutulduqda, lakin həmin tarixdə tam olaraq amortizasiya edilmədikdə;
    2. aktivin tanınması dayandırıldıqda; və
    3. aktiv tam amortizasiya olunmuş, lakin onun tanınması dayandırılmadıqda.
  • Aktivin amortizasiya olunan məbləğinin onun faydalı istifadə müddəti üzrə ardıcıl olaraq bölüşdürülməsi üçün müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara düzxət metodu, azalan balans metodu və istehsal vahidi metodu aiddir. Tətbiq edilən amortizasiya metodu aktivdə təcəssüm olunmuş (özünü tapmış) gözlənilən gələcək iqtisadi səmərənin ehtimal olunan istehlak sxeminə uyğun olaraq seçilir və iqtisadi səmərənin ehtimal olunan istehlak sxemi dəyişməyənədək, ardıcıl olaraq dövrdən dövrə tətbiq edilir. Ehtimal olunan istehlak sxemi etibarlı əsasla müəyyən edilmədikdə, müəssisə düzxət metodunu tətbiq etməlidir.
  • Hər dövr üçün amortizasiya ayırmaları bu və ya digər Standart onların digər aktivin balans dəyərinə daxil edilməsini tələb etməzsə və ya buna yol verməzsə, mənfəət və zərər haqqında hesabatda tanınır. Əgər aktivdə təcəssüm olunan gözlənilən gələcək iqtisadi səmərənin əldə ediləcəyi digər aktivin istehsalına sərf edilərsə, bu halda amortizasiya ayırmaları həmin aktivin ilkin dəyərinin bir hissəsini təşkil edir.
  • Amortizasiyanın istehsal vahidi metodunun tətbiq edildiyi zaman hasilat əldə edilməzsə, bu zaman amortizasiya xərcləri sıfıra bərabər ola bilər. Amortizasiyanın bu metodundan istifadə edilməsinə görə amortizasiya xərclərinin sıfıra bərabər olması faktı aktivin qiymətdən düşdüyünə dəlalət edə bilər və bu zaman həmin aktivin qiymətdən düşmə səviyyəsinin müəyyənləşdirilməsi ”Aktivlərin qiymətdən düşməsi üzrə” 24 №-li Milli Mühasibat Uçotu Standartının tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!