Hesabat tarixinə hesablanmış, lakin hələ ödənilməmiş əmək haqqı məbləğləri "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" adlı 533 nömrəli hesabda göstərilir.
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının kreditində və xərclər və başqa hesabların debetində işçilərə hesablanmış əmək haqqları, mükafatlar, müavinət, təqaüd və s.məbləğlər əks olunur.
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının debetində ödənilmiş əmək haqqı, mükafat, müavinət, təqaüd və s. məbləğlər, habelə hesablanmış vegilər, icra sənədləri üzrə ödəmələr və başqa tutulmuş məbləğlər əks olunur.
N |
Əməliyyatın məzmunu |
Debet |
Kredit |
Məbləğ |
1 |
Əmək haqqının hesalanması |
701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" |
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" |
15 000 |
2 |
Fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən verginin hesablanması |
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" |
521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" |
3 475 |
3 |
İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri |
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" |
522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" |
450 |
4 |
Əmək haqqının ödənilməsi |
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" |
223 "Bank hesablaşma hesabları" |
11 075 |