Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Məsuliyyət


Mühasibin vəzifələri, hüquqları və məsuliyyəti

Hər bir müəssisənin, idarənin, təşkilastın mühasibatlığına baş (böyük) mühasib rəhbərlik edir. Baş (böyük) mühasibin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında qanunu" ilə tənzimlənir.

Baş (böyük) mühasibin vəzifələri aşağıdakılardan ibarətdir:

Baş mühasib, mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsini, hesablama texnikasının geniş tətbiq olunmasını, mühasibat uçotunun qabaqcıl forma və metodlarının tətbiq edilməsinə nail olmalıdır. Baş mühasibin rəhbərliyi ilə əmlakın uçotu vaxtında və düzgün aparılmalı, istehsal və tədavül xərclərinin uçotu təşkil edilməli, hesabat düzgün və vaxtında tərtib edilməli, maliyyə nəticələrinin uçotu vaxtında və düzgün aparılmalıdır. Baş mühasib kassa və hesablaşma intizamını ciddi gözləməli, əmlakın inventarlaşdırma nəıticələrini düzgün və vaxtında aşkar etməli, onları mühasibat uçotu hesablarında əks etdirməli, müəssisədə baş verən əskikgəlmələri, müəssisə vəsaitinin qanunsuz sərf edilməsini lazımi təşkilatlara xəbər verməlidir.

Baş (böyük) mühasib təsərrüfatın bütün sahələrində dövlət nəzarətçisi hesab olunur. Bütün mühasibat işçiləri, onlara həvalə olunmuş vəzifələri yerinə yetirmək üçün dövlət qanunu ilə məsuliyyət daşıyırlar. Öz vəzifələrini yerinə yetirməyən mühasiblər inzibati yolla cəzalanırlar. Baş mühasiblər uçotun aparılması qaydasını qəsdən pozduqda, qanunsuz əməliyyatların icra olunması üçün sənədlər qəbul etdikdə, hesabatı vaxtında vermədikdə, təftişin vaxtında aparılmasını təmin etmədikdə məsuliyyətə və yaxud cinayət məsuliyyətinə cəlb olunurlar.

Baş (böyük) mühasib ona həvalə olunan vəzifələri yerinə yetirə bilmək üçün müəyyən hüquqlara malikdir. O, uçotun aparılması və təşkili işində dövlət təyinatlı təsərrüfat strukturları müəssisə, təşkilat, idarə və birlik rəhbərinə tabe deyil. Mühasib müəssisə, təşkilat, idarə və birlik rəhbərinə yalnız inzibati cəhətdən tabedir. Baş mühasib mühasibat uçotunun təşkili, aparılması və hesabatın tərtib edilməsi cəhətdən yuxarı təşkilatın baş mühasibinə tabedir. Baş mühasib yalnız yuxarı təşkilatın rəhbəri və baş mühasibin razılığı ilə işdən azad edilə bilər.

Qeyri-dövlət strukturlu olan təsərrüfat strukturlarının baş mühasibləri isə bilavasitə həmin strukturların rəhbərinə (sahibkara) tabedir və qanun dairəsində onun razılığı ilə işə qəbul edilir və işdən kənarlaşdırılır. Uçot işçiləri baş mühasibin verdiyi göstərişləri, məsələn, sərəncamları, tapşırıqları yerinə yetirməlidir. Bütün pul, material, hesablaşma sənədlərində, bağlanmış müqavilələrdə və razılıqlarla mütləq baş mühasibin imzası olmalıdır.

Baş mühasibin müəssisə və yaxud təşkilatların pul və material vəsaitinin müəyyən olunmuş qaydada qorunub saxlanmasını, qayda-qanunu gözləməyən mühasibat işçilərinə inzibati və maddi cəza verilməsini tələb etməyə hüququ vardır.

Qüvvədə olan normativ aktlara görə Baş mühasiblər bir neçə məsuliyyət növlərinə cəlb edilə bilərlər :

  • Cinayət məsuliyyəti
  • İnzibati məsuliyyət
  • Vergi məsuliyyəti
  • Maddi məsuliyyət
  • Sair məsuliyyət növləri

Cinayət məsuliyyəti

Cinayət məsuliyyətinə mühasiblər adətən AR Cinayət Məcəlləsinin iki maddəsinə görə cəlb edilir:

Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma- min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

209.2.1. təkrar törədildikdə;

209.2.2. külli miqdarda törədildikdə- iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə "xeyli miqdar" dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, "külli miqdar" dedikdə, dörd min manatdan yuxarı olan məbləq başa düşülür.

2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 45)

Maddə 213. Vergi ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:

213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

213.2.2. külli miqdarda törədildikdə -

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu maddədə "xeyli miqdar" dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

2. Bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 2, 4, 31, 35, 45)


İnzibati məsuliyyət

İnzibati məsuliyyətə Baş mühasiblər AR İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələri ilə cəlb edilə bilərlər:

Maddə 201. Saxta müflisləşmə

Maddə 202. Qəsdən müflisləşmə

Maddə 203. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi

Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi

Maddə 204-1. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması

Maddə 206. Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulması

Maddə 222. Valyuta tənzimi qaydalarının pozulması

Maddə 246. Vergilərin və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsi

Maddə 247. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının təqdim edilmə qaydalarının pozulması

Maddə 247-1. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

Maddə 408. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi

Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

Maddə 464. Məcburi auditdən yayınma

İnzibati məsuliyyətə müəssisənin günahkar vəzifəli şəxsləri cəlb edilir - Müəssisə rəhbəri və ya Baş mühasib. Məsuliyyətə onlar, inzibati xətanın kim tərəfindən törədildiyindən asılı olaraq birliktə, və ya ayrı-ayrı cəlb edilə bilərlər.



   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi


   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Chief Accountantc
Internal Auditor
SAP Business Intelligence Analyst
SAP Business Analyst
Бухгалтер
Mühasib
Financial Specialist of Construction Area (Baku airport)

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!