Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol
   

      Sertifikasiyalar



Mühasibatlıq, maliyyə və IFRS sahələrində çalışanlar öz professionallıqlarını artırmaq və yeni biliklər əldə etmək üçün beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarında iştirak edirlər. İmtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılar beynəlxalq səviyyədə tanınan sertifikatlar və diplomlar alırlar.


Təbii ki, imtahanlara hazırlaşmaq və sertifikatlar almaq, əlavə vaxt və maliyyə vəsaiti tələb edir ki, bu da, çox vaxt bir çoxlarının narazıçılığına səbəb olur. Lakin, heç zaman insan öz bilikləri ilə kifayətlənməməli, və yeni biliklər, problemlərin həllində daha professional üsullar axtarmalıdır. İmtahanlara hazırlaşıb, onlardan müvəffəqiyyətlə keçən və beynəlxalq səviyyədə tanınan sertifikat və ya diplom sahibləri bir çox üstünlük əldə edirlər.

İlk növbədə, sertifikasiya proqramlarında iştirak edənlər yeni biliklər əldə edirlər ki, bu da onlara öz işlərini daha professional qurmağa imkan verir, və hesabatları hazırlayarkən daha tam iqtisadi düşüncə formalaşdırır. Belə ki, beynəlxalq sertifikasiya proqramlarında standartlarla birlikdə əlavə iqtisadi və maliyyə fənləri də tədris edilir.

İkincisi, beynəlxalq səviyyədə tanınan diplom, yeni iş axtarışı zamanı və əmək haqqı baxımından üstünlüklər verir. Hər bir işəgötürən sertifikat və ya diplomu olan işçidən şirkətin mühasibat və maliyyə sisteminin qurulmasında olan problemlərin professional həll edilməsini gözləyir.

Üçüncüsü, beynəlxalq sertifikat və ya diplom alanlar maliyyə və ya mühasibat peşəkar birliklərinin üzvü olmağa təklif olunurlar. Bu da ki, hər zaman onlardan hər il biliklərinin artırılmasını və yenilənməsini tələb edir. Və belə bir mütəxəssis işəgötürən üçün daha qiymətli hesab edilir.

Sertifikasiya proqramını seçməzdən əvvəl, gərək bu proqramlar barədə kifayət qədər məlumat toplamaq lazımdır. Bundan sonra, siz sizin tələblərə uyğununu seçməlisiniz.

Saytın bu hissəsində sertifikasiya proqramları haqqında məlumat verilir.

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq sertifikasiya proqramlarının iştirakçılardan ciddi kvalifikasiya tələbləri vardır: bakalavr təhsilli olmaq, seçilən sahədə ən azı iki il iş təcrübəsi, və bəzi proqramlarda imtahanlardan keçmək üçün ingilis dili bilikləri tələb olunur.

Xəbərlər

Vergilər Nazirliyinin Tədris Mərkəzində "ACCA" sertifikatlaşdırma imtahanları təşkil edilib

Sentyabrın 5-də Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə "İmza Group" MMC arasında əməkdaşlıq çərçivəsində "100 uğurlu imza" birgə təlim layihəsi həyata keçirilib.

2017-09-14 | Sertifikasiyalar


Azərbaycan dilində və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılan mühasibatlıq üzrə ilk sertifikasiya proqramı.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində MPS (Mühasiblərin Peşəkar Sertifikasiyası) proqramını yaradıb.

2015-07-14 | Sertifikasiyalar


Artıq CFA imtahanına pulsuz hazırlaşmaq imkanı yaranıb!

Dünya Bankının dəstəyi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi Sizləri CFA-l imtahanına hazırlıq kursuna dəvət edir.

2015-05-15 | Sertifikasiyalar


   Baş səhifə
   ACCA
   MMK
   CAP/CIPA
   CMA
   CIMA
   CPA
   CFA
   Kitabxana

   Maraqlı şəkillər

Chief Accountantc
Internal Auditor
SAP Business Intelligence Analyst
SAP Business Analyst
Бухгалтер
Mühasib
Financial Specialist of Construction Area (Baku airport)

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!