Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.10.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol
   

      Sertifikasiyalar - ACCA



Sertifikaın vətəni: Böyük Britaniya
Rəsmi saytları: www.accaglobal.com
Təlimin müddəti: qeydiyyatan keçdikdən sonra 10 ildən çox olmayaraq (orta 3-4 il).
Təlimin qiyməti: 15 000$ + 1 000 funt - qeydiyyat xərci.
Dil: Ingilis

 ACCA(The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 404 000 tələbə və 140 000 üzv qeydiyyatdadır. Hal-hazırda Azərbaycanlı ACCA tələbə və üzvləri ölkənin iri yerli və xarici şirkətlərində, maliyyə və audit müəssisələrində çalışırlar.

Diplom 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. İmtahanlar iki hissədən ibarətdir:

I-ci hissə - Fundamentals
F1 Accountant in Business - Mühasib və biznes
F2 Management Accounting - İdarəetmə uçotu
F3 Financial Accounting - Maliyyə uçotu
F4 Corporate and Business Law - Korporativ hüquq
F5 Performance Management - Səmərəliliyin idarə edilməsi
F6 Taxation - Vergilər
F7 Financial Reporting - Maliyyə hesabatları
F8 Audit and Assurance - Audit və onu maşaidə edən xidmətlər
F9 Financial Management - Maliyyə menecmenti

 Qeyd: Fundametals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Skills modulu (F4-F9) hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fəndən ibarətdir. Bu fənlərə hüquqşünaslıq, səmərəliliyin idərə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

II-ci hissə - Professional
P1 Professional Accountant - Professional Mühasib
P2 Corporate Reporting - Korporativ Hesabatlar
P3 Business Analysis - Biznesin Təhlili
P4 Advanced Financial Management - Maliyyə menecmenti (daha dərin biliklər)
P5 Advanced Performance Management - Səmərəliliyin idarə edilməsi (daha dərin biliklər)
P6 Advanced Taxation - Vergilər (daha dərin biliklər)
P7Advanced Audit and Assurance - Audit və onu maşaidə edən xidmətlər (daha dərin biliklər)

 Qeyd: Professional mərhələsi iki modula bölünür: Essentials (əsas fənlər) (P1-P3) və Options (əlavə, fakültativ fənlər) (P4-P7). Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun nəzərdə tutulmuş şəkildə (tərtib olunmuşdur) hazırlanmışdır. Bu mərhələnin tədris proqramı artıq mövcud texniki bacarıqların artırılmasına, peşə bacarıqlarının daha dərindən öyrənilməsinə, habelə yüksək səviyyəli məsləhətçi rolunda çıxış edən mütəxəssislərdən tələb olunan metodika və dəyərlərin əldə edilməsinə yönəlib. Bütün namizədlər Essentials modulunun hər üç fənnini bitirməlidirlər. Options modulu dörd imtahandan ibarətdir. Bu imtahanların məzmunu Fundamentals səviyyəsinin Skills modulundakı ekvivalent imtahanların məzmuna əsaslanır. Namizədlər dörd fakültativ fəndən ikisini seçməlidirlər.

ACCA İmtahan Strukturu və Qaydaları

Proqram 14 imtahandan ibarətdir. Bütün imtahanlar İngilis dilindədir və iki mərhələyə ayrılır:

  • Fundamentals Mərhələsinə 9 əsas imtahan daxildir.
  • Professional Mərhələsinə 2 fakültativ və 3 əsas imtahan daxildir.

 Hər sessiyada 2-3 imtahan verməklə bütün proqram 2-3 ilə tamamlanır. Bütün Fənlərin Keçid Ballı (100%-dən) 50%-dir. Namizəd bir imtahan sessiyasında fənlərin ardıcıllığını pozmadan 4 imtahana qədər verə bilər. Knowledge modulun imtahanları 2 saat davam edir. Bunlar həm kompüter-əsaslı (CBEs) (avtomatik qiymətqoyma və nəticələrin təyin edilməsi dərhal bilinir), həm də kağız üzərində yazılan ənənəvi imtahandan ibarətdir. CBE Yeni kvalifikasiyada Knowledge modulundan başqa heç bir digər səviyyələrdə təqdim olunmur. Skills modulunun və Professional səviyyənin imtahanları 3 saat 15 dəqiqə davam edəcək və bu imtahanlar müxtəlif qiymətləndirmə metodlarından istifadə edərək qısa cavab tələb edən suallar, genişləndirilmiş hesablama çalışmaları, esselər, ssenarilər və tipik olmayan hadisələrə əsaslanmış nümunələrdən ibarət olacaqdır.

 Sertifikatlaşdırılmış Mühasib olmaq üçün sizdən 14 imtahanın hamısının verilməsi tələb olunur. ACCA-in praktik təcrübəsi tələblərini yerinə yetirməli və onlayn rejimində Peşə Etikası modulunu bitirməlisiniz. Praktik işin tələbi - işəgötürənin rəhbərliyi altında 3 illik mühasibat sahəsində iş təcrübəsidir. Bu təcrübə, ACCA-dən əvvəl, ACCA müddətində, və ya ACCA-dən sonra əldə edilə bilər.
ACCA imtahanını vermək üçün Siz:

  • ACCA-yə tələbə kimi qeydiyyatdan keçməlisiniz;
  • Konkret imtahana yazılmalısınız.

Qeydiyyat haqqı

  1. İlkin abunə haqqı (qeydiyyat zamanı ödənilir) - £ 69
  2. İllik abunə haqqı (birinci qeydiyyatdan sonrakı ilin Yanvarın birindən etibarən ödənilir) - £ 69
  3. Kartın Dublikatı - £ 10
  4. Yenidən qeydə alma - £ 69, qeydiyyatdan çıxma zamanı hər hansı ödənilməmiş məbləğə əlavə olaraq.
İmtahan və ya imtahandan azad olma haqqı hər imtahandan əvvəl ödənilməlidir - qiymətlər Dekabr 2009-ci ilə qədər etibarlıdır:
  • Knowledge £ 55 hər imtahan üçün (ümumi £ 165)
  • Skills £ 69 hər imtahan üçün (ümumi £ 414)
  • Professional £ 81 hər imtahan üçün (ümumi £ 405)
* £ = Great Britain Pound

Daha ətraflı məlumat Bazar günündən başlayaraq Cümə gününə qədər altı gün ərzində fərdi xahiş əsasında ACCA Connect xidmətindən əldə edilə bilər.

ACCA Connect
2 Central Quay
89 Hydepark Street
Glasgow
United Kingdom
G3 8BW

General Enquires: info@accaglobal.com
Student Enquires: students@accaglobal.com
Member Enquires: members@accaglobal.com
tel: +44 (0)141 582 2000
fax: +44 (0)141 582 2222

Məlumatlar www.grbs.com saytından götürülmüşdür.



   Baş səhifə
   ACCA
   MMK
   CAP/CIPA
   CMA
   CIMA
   CPA
   CFA
   Kitabxana


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Mühasib
Бухгалтер Ресторанной Сети
Baş mühasib
Mühasib
1C Mütəxəssis
Accountant (Maternity Leave Coverage)
Junior Auditor

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!