Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol
   

      Sertifikasiyalar - CIMA



Sertifikaın vətəni: Böyük Britaniya.
Rəsmi saytı: www.cimaglobal.com.
Təlimin müddəti: 2 - 3 il.
Təlimin qiyməti: 19 500$ + imtahanlar: Certificatelevel - 243$ , Operationallevel - 114$
Dil: Ingilis

CIMA (The Chartered Institute of Management Accountants) - İdarəetmə uçotu üzrə Mühasiblər İnstitutu. İdarəetmə uçotu üzrə mütəxəssislər üçün ən tanınmış peşəkar təşkilat. Dünyanın 165 ölkəsində 172 000 üzvü vardır.

CIMA kvalifikasiyasının əsas xüsusiyyəti - maliyyə məsələlərinə biznes nöqteyi-nəzərindən baxmaq bacarığıdır. CIMA kvalifikasiyasının başqa maliyyə sahəsi üzrə kvalifikasiyalarından fərqi - strateji idarəetmə uçotuna və maliyyə menecmentinə daha üstünlük verməsindədir. Ümumilikdə, CIMA menecment, idarəetmə uçotu, layihələrin idarəedilməsi və strategiyalar sahəsində daha çox biliklər verir.

CIMA-nın tədris planı həm praktiki materialla, həm də yeniliklərlə zəngindir. Akademik təlimlə praktiki təcrübədən ibarət unikal qarışıq işə götürənləri onların istədikləri ilə - Biznesin inkişafını artırmaq üçün aparıcı bilik və məharətə malik Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri - təmin etməkdə davam edir. Bu birləşmə müasir təşkilatların ehtiyaclarını mükəmməl qaydada təmin edir.

Proqram 4 mərhələdən ibarətdir:

1. İlkin mərhələ (Certificate level) - 5 imtahandan ibarətdir:
CO1 Fundamentals of Management Accounting - İdarəetmə uçotunun əsasları;
CO2 Fundamentals of Financial Accounting - Maliyyə uçotunun əsasları;
CO3 Fundamentals of Business Mathematics - biznes-riyaziyyatın əsasları;
CO4 Fundamentals of Business Economics - biznes-iqtisadiyyatın əsasları;
CO5 Fundamentals of Ethics, Corporate Governance & Business Law - Etika, Korporativ idarəetmə və Biznes-hüququn əsasları;

2. Praktiki mərhələ (Operational level) - 3 imtahandan ibarətdir:
E1 Enterprise Operations - İstehsal praktikası;
P1 Performance Operations - Müəssisə praktikası;
F1 Financial Operations - Maliyyə praktikası

3. İdarəetmə mərhələsi (Managerial level) - 3 imtahandan ibarətdir:
E2 Interprise Management - İstehsalın idarəedilməsi;
P2 Performance Management - Müəssisənin idarəedilməsi;
F2 Financial Management - Maliyyənin idarəedilməsi;

4. Strateji mərhələ (Strategic level) - 3 imtahandan ibarətdir:
E3 Interprise Strategy - İstehsal strateqiyası
P3 Performance Strategy - Müəssisənin strateqiyası
F3 Financial Strategy - Maliyyə strateqiyası

5. Test of Professional Competence in Management Accounting - İdarəetmə Uçotunda Peşə Bacarıqları Testi

CIMA kvalifikasiyasını almaq istəyən iştirakçı 15 imtahandan müvəffəqiyyətlə keçməli, idarəetmə, mühasibat uçotu və ya maliyyə sahəsində 3 il iş təcrübəsi olmalıdır. İştirakçılar bir sessiya üzrə verilən imtahanların sayını özləri təyin edirlər. İlkin və Praktiki mərhələlərdə iştirakçılar bir sessiya üzrə 6-ya qədər imtahan verə bilərlər. Final mərhələdə iştirakçılar bir imtahan sessiyasına strateji idarəetmə üzrə bütün 3 imtahanı verməlidirlər. Case Study (real biznesdən praktiki məsələ) sonuncu sessiyada verilir.

CIMA Peşəkar Kvalifikasiyası

Sertifikatlaşdırılmış İdarəetmə Mühasibi kvalifikasiyasını əldə etmək üçün Siz aşağıdakıları etməlisiniz:

  • CIMA-nın Bizness Mühasibat Uçotu Sertifikatına layiq görülməlisiniz və ya ondan azad edən digər kvalifikasiyaya malik olmalısınız
  • CIMA Peşəkar Kvalifikasiyasının doqquz imtahanını müvəffəqiyyətlə keçməlisiniz
  • Üç illik müvafiq praktiki təcrübəyə malik olub öz "Career Profile"- nızı təstiqlənmə üçün CIMA-ya yollamalısınız
  • İdarəetmə Uçotunda Peşəkar Kompetentlik Testini (TOPCIMA) keçməlisiniz
Aşağıdakı diaqram CIMA Peşəkar Kvalifikasiyasının strukturunu göstərir:

İmtahanlardan müvəffəqiyyətlə keçmək üçün iştirakçılar 100 baldan 50 bal yığmalıdırlar.

İl ərzində 2 imtahan sessiyası keçirilir, may və noyabr aylarında. Müvafiq sahə üzrə mütəxəssislər bir neçə ilk imtahandan azad edilə bilərlər.

CIMA-nın Biznes Mühasibat Uçotu Sertifikatına və həmçinin CIMA Professional Kvalifikasiyasınınn İdarəetmə Uçotu üzrə Diplomuna (Operasional səviyyəsi) və İdarəetmə Uçotu üzrə Ali Diplomuna (İdarəetmə səviyyəsi) malik olduqda, CIMA tələbəyə onun bu səviyyələri keçməsini təsdiqləyən sertifikat yollayır.

Daha ətraflı məlumat üçün www.cimaglobal.com müraciət edin və/ və ya CIMA Contact qrupu ilə əlaqə saxlayın:

CIMA
26 Chapter Street
London
SW1P 4NP
United Kingdom

T: +44 (0) 20 8849 2251
E: cima.contact@cimaglobal.com

Məlumatlar www.grbs.com saytından götürülmüşdür.


   Baş səhifə
   ACCA
   MMK
   CAP/CIPA
   CMA
   CIMA
   CPA
   CFA
   Kitabxana


   Hikməti-nur
Aşıb-daşsa biliyin, dinməməyə alış sən,
Danışmağa çalışma, dinləməyə çalış sən.

Nizami Gəncəvi


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!