Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Kurslar


Vergi Uçotu

Kursun təsviri 1. Təlim haqqında ümumi məlumat:

Təlim proqramı Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun təşkil edilmiş vergi uçotunun prinsip və qaydalarını, vergi bəyannamələrin hazırlanmasını və vergi qanunvericiliyinin tələblərinin mühasibat uçotunda əks etdirilməsini əhatə edir.

Təlim proqramını dinləmiş şəxslər

  • vergi uçotunda hesablar planının strukturu,
  • vergi bəyannamələrin elementləri, strukturu və tərtib edilməsi qaydaları,
  • təsərrüfat subyektlərin gündəlik fəaliyyətlərində istifadə edilən əsas iqtisadi əməliyyatların nəzəri bazası və onların vergi uçotu sistemində düzgün əks etdirilməsi,
  • təsərrüfat subyektlərin iqtisadi fəaliyyətinə birbaşa aid edilən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin (vergi, əmək, mülki və s.) təsiri və vergi uçotu sistemində və vergi bəyannamələrində düzgün əks etdirilməsi ilə tanış olacaqlar və bunlarla bağlı müvafiq bilikləri əldə etmiş olacaqlar. 2. Təlim kimlər üçün hazırlanıb?

    Təlim proqramı karyerasını maliyyə və mühasibatlıq sahəsində qurmaq istəyən, vergi mütəxəssisi kimi çalışmaq istəyən xüsusi ixtisaslaşdırılmış və ali məktəblərin tələbə və məzunları, maliyyə və mühasibatlıq sahəsində çalışmağa yeni başlamış və yaxud bu sahədə təcrübəsi kifayət qədər olmayan, ixtisasını təkmilləşdirmək arzusunda olan fərdi dinləyicilər üçün nəzərdə tutulub.

    3. Tələb olunan biliklər:

    İqtisadi təhsil alan/almış şəxslərə üstünlük verilir.

    4. Təlimin təşkili:

    Təlim 15 dərsdən ibarətdir. Hər bir dərsin müddəti 2 saatdır. Hər bir dərs aralığında 15 dəqiqəlik fasilə nəzərdə tutulub. Təlim materialları Mərkəz tərəfindən təmin olunacaqdır.

    5. Təlimin məqsədləri:

    • Vergi uçotunun əsasları ilə tanış olmaq
    • Gündəlik iqtisadi əməliyyatların vergi uçotu sistemində əks etdirilməsi
    • Vergi bəyannamələrin tərtib edilməsi

    7. Təlim iştirakçılarının sayı:

    12 nəfərə-dək

    8. Təhsil siyasətimiz:

    Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq Təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

    Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

Kursun başlanma tarixi: 0000-00-00
Kursun muddəti 30 saat
Kursun qiyməti: 270
Şirkətin adı: Kapital Bazarı üzrə Təlim Mərkəzi
Telefon (012) 498 16 77
Ünvan Sahib Zeynalov küçəsi 9/7, Bakı, Azərbaycan
E-poçt: info@cmtc.gov.az
Sayt http://cmtc.gov.az/az/vergi-ucotu
Əlavə qeydlər

   Baş səhifə
   Video dərslər
   Testlər
   TRENAJOR MS Excel-də
   Kurslar
   Kursu əlavə et
   
   
   
   

   Maraqlı şəkillər

Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!