Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 19.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Gömrük ödənişləri


Verginin elementi Xüsusiyyəti Əsas
Gömrük ödənişləri Gömrük ödənişləri — müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.

Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda aşağıdakı gömrük ödənişləri alınır:

  1. gömrük rüsumu;
  2. əlavə dəyər vergisi;
  3. aksizlər;
  4. yol vergisi;
  5. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən lisenziyaların verilməsi və lisenziyaların fəaliyyətinin bərpa edilməsinə görə dövlət rüsumu;
  6. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;
  7. gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;
  8. malların saxlancına görə gömrük yığımları;
  9. malların gömrük müşayiətinə görə gömrük yığımları;
  10. məlumatlandırma və məsləhətverməyə görə haqq;
  11. ilkin qərarların qəbuluna görə haqq;
  12. gömrük auksionlarında iştirak etməyə görə haqq;
  13. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsinə görə dövlət rüsumu;
  14. digər gömrük ödənişləri.
AR Gömrük məcəlləsi, Maddə 108
Gömrük ödənişlərinin hesablanması və ödənilməsi Gömrük rusumunun, əlavə dəyər vergisinin, aksizlərin və gömrük yığımlarının hesablanması üçün əsas.
Gömrük rüsumunun, aksizlərin və gömrük yığımlarının hesablanması üçün «Gömrük Tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən malların və nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür.
Əlavə dəyər vergisinin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür.

Misal

Gömrük ödənişlərinin ödəyiciləri
Gömrük ödənişləri Gömrük Məcəlləsinə uyğun olaraq bilavasitə deklarant və ya başqa şəxs tərəfindən ödənilir.
Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə hər bir marağı olan şəxs gömrük ödənişlərini ödəyə bilər.

Gömrük ödənişlərinin ödənilmə müddətləri

Gömrük ödənişlərinin ödənilmə qaydası

Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması

Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi

Gömrük ödənişlərinin ödənildiyi valyuta
Gömrük ödənişləri Azərbaycan Respublikasının milli valyutası ilə aparılır. Müstəsna hallarda gömrük ödənişləri xarici valyuta ilə ödənilə bilər. Xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi gün qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrlə hesablanır.

Artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin qaytarılması

AR Gömrük məcəlləsi
Gömrük qaydalarının pozulmasına görə məsuliyyət Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi, yəni Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, cinayət əlamətləri olmadıqda — hüquqpozmanın bilavasitə obyektləri olan mallar və nəqliyyat vasitələri müsadirə edilir və ya həmin mallar və nəqliyyat vasitələri dəyərinin əlli faizindən, yüz faizinədək məbləğdə cərimə qoyulur.

Mallar və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması, yəni bəyanetmə forması və yeri barədə, onun icra prosedurası barədə (o cümlədən bəyanetmə zamanı müvəqqəti, natamam, yaxud dövri bəyannamədən istifadə edilməsi barədə) müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə, bu fəslin digər maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə — xəbərdarlıq edilir, yaxud lisenziya və ya ixtisas attestatı geri alınır və ya minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək cərimə qoyulur.

Azərbaycan Respublikası gömrük orqanına, onun müəyyən etdiyi müddətlərdə mallara və nəqliyyat vasitələrinə aid gömrük bəyannaməsinin, eləcə də gömrük məqsədləri üçün lazım olan digər sənədlərin və əlavə məlumatların təqdim edilməməsinə görə — lisenziya və ya ixtisas attestatı geri alınır və ya minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək cərimə qoyulur.

Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası gömrük orqanlarının gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Gömrük Komitəsinin vəsatətlərinin icra edilməməsinə görə, eləcə də həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə — ödənilməmiş ödənişlərin məbləğində cərimə qoyulur.

AR Gömrük məcəlləsi

   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi

Yumor
Qaçaqmalçı Molla.

Molla hər gün çör-çöplə yüklü eşşəklə sərhəddi keçirdi. Hamı bilirdi ki, Molla qaçaqmalçılıqla məşğuldur. Ona görə sərhədçilərv o qayıdanda onu başdan-ayağa kimi yoxlayırdılar, amma bir şey tapa bilmirdilər. Molla Nəsrəddinin vəziyyəti isə günü-gündən yaxşılaşırdı.
Axırda o işi buraxıb başqa ölkəyə yaşamağa köçür. Bir neçə il keçmişdir ki, sərhədçilərdən biri Mollaya rast gəlir. O suruşur: "Ay Molla, indi ki qizlətməyə bir səbəb yoxdur, de görüm, sən sərhəddən nə keçirirdin?."
- Eşşəkləri - deyib, Molla yoluna davam edir.


Cost Controller
Anbardar
Baş mühasib
APARICI DAXİLİ AUDİTOR
Бухгалтер (с опытом работы на производстве)
Junior Accountant (Invoicing)
Finance Lead

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!