Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 25.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Mənfəət vergisi



Verginin elementi Xüsusiyyəti Əsas
Vergi odəyiciləri Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.
Vergi məcəlləsinin məqsədləri üçün müəssisə aşağıda göstərilən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumlara deyilir:
  • Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılan hüquqi şəxslər;
  • xarici dövlətlərin qanunvericiliyi əsasında yaradılan hüquqi şəxslər (korporasıyalar, şirkətlər və s.), həmçinin onların filialları və daimi nümayəndəlikləri;
  • Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılan və sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxslərin filialları və struktur bölmələri.
Yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər mənfəət vergisinin ödəyiciləri hesab edilir. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər (büdcə, qeyri-hökümət, qeyri-kommersiya, xeyriyyə təşkilatları) mənfəət vergisi ödəyiciləri hesab edilmir, çünki onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmurlar.
AR Vergi Məcəlləsi, Maddə 103
Vergitutma obyekti
  1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir.
    Mənfəət = vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) - Vergi Məcəlləsində göstərilən, gəlirdən çıxılan xərclər
  2. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin AR Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.
  3. Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, AR Vergi Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur.
  4. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.
  5. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir.
AR VM Maddə 104
Verginin dərəcələri

Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.

Qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) AR Vergi Məcəlləsinin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur.

AR VM Maddə 105
Azadolmalar və güzəştlər Vergidən azaddır:
  • xeyriyyə təşkilatlarının gəliri — sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
  • qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;
  • beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri — sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla);
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının, onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, icbari tibbi sığorta xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun, habelə Əmanətlərin Sığortalanması Fondunun gəlirləri;
  • alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa);

    Misal

  • Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa.
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir.
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.
Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər daxil edilmir.
AR VM Maddə 106
Vergi (hesabat) dövrü Vergi ili təqvim ili sayılır. AR VM Maddə 129
Cari vergi ödəmələri Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər.
Vergi ödəyicisi cari vergi ödəmələrin məbləğini 2 metoddan birisi ilə hesablaya bilər.
Birinci metod. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

Misal

AR VM Maddə 151
Bəyannamənin verilməsi Vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər.

Bələdiyyələrin mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə, digər müəssisələr isə dövlət büdcəsinə ödəyir. Fiziki şəxslər gəlir vergisini dövlət büdcəsinə ödəyirlər

AR VM Maddə 152


   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi

   Maraqlı şəkillər

Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!