Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 25.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Verginin əsasları



Verginin elementi Xüsusiyyəti Əsas
Vergi anlayışı

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

AR Vergi Məcəlləsi, Maddə 11
Vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:
  1. vergitutma obyekti;
  2. vergitutma bazası;
  3. vergi dövrü;
  4. vergi dərəcəsi;
  5. verginin hesablanması qaydası;
  6. verginin ödənilməsi qaydası və müddəti.
Qeyd: Bu elementlərdən hər-hansı biri olmadıqda vergi qeyri-müəyyən hesab edilir və tutula bilməz.

Vergi müəyyən edildikdə, AR Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.

Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Vergitutma bazası — vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

AR VM,Maddə 12
Azərbaycan Respublikasında vergi sistemi Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:
  1. dövlət vergiləri;
  2. muxtar respublika vergiləri;
  3. yerli vergilər (bələdiyyə vergiləri).

Dövlət vergiləri dedikdə, AR Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.

Dövlət vergiləri

Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında AR Vergi Məcəlləyə müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda sadalanan dövlət vergiləri aiddir.

Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.
Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Yerli vergilər

Azərbaycan Respublikasında AR Vergi Məcəlləsinə uyğun olaraq xüsusi vergi rejimi tətbiq edilə bilər.
Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.

AR Vergi Məcəlləsi ilə nəzərdə tutulmayan vergilərin müəyyən edilməsinə yol verilmir.

AR VM,Maddə 4
Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları
  1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.
  2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.
  3. Hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.
  4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir.
  5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
  6. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
    Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.
    Azərbaycan Respublikasına gətirilən mallar üçün həmin malların hansı ölkədən gətirilməsindən asılı olaraq bu Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür.
  7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir.
  8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
  9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin.
  10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
  11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları şübhələri vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
  12. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir.
AR VM,Maddə 3
Vergitutmanın formaları Vergi məbləğləri aşağıdakı formalarda tutulur:
  • bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
  • bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);
  • bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).
AR VM,Maddə 5
Vergilərin hesablanmasının və ödənilməsinin pul vahidi Azərbaycan Respublikasının ərazisində vergilər Azərbaycan Respublikasının pul vahidi — manatla hesablanır və ödənilir. AR VM,Maddə 9



   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi


   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!