Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 29.06.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət



Bölüm Məzmun Əsas
Ümumi əsaslar Vergi qanunvericiliyinin pozulmasına görə, vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri AR Vergi Məcəlləsi, AR İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Vergi qanunvericiliyinin pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.

Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

AR Vergi Məcəlləsi, Maddə 53, 56
Maliyyə sanksiyaları Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları
Vergi hesabatını və ya hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı haqda arayışı əsas olmadan vaxtında təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

AR Vergi Məcəlləsinin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

AR VM Maddə 89.3


Bu Məcəllənin 23.1.2-ci maddəsində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları
Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları Maliyyə sanksiyasının miqdarı
AR Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə 221.4.7-ci maddəsində nəzərdə tutulmuş «Fərqlənmə nişanı» olmadan, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində
AR Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında
AR Vergi Məcəlləsinin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında
AR Vergi Məcəlləsinin 157-ci və 158-ci maddələrinə müvafiq olaraq ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda ƏDV üzrə elektron vergi hesab-fakturasının təqdim edilməsinə görə təqdim edilmiş elektron vergi hesab-fakturasında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında
AR Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq, və Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında
Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: .
təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə ;400 manat məbləğində
təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat məbləğində
təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində
təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;2 000 manat məbləğində
təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;4 000 manat məbləğində
təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;6 000 manat məbləğində
Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə: .
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə5 faiz miqdarında
il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə10 faizi miqdarında
AR Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markalarının inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə 5000 manat məbləğində
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görəişəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində
Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında

AR VM,Maddə 57, 58
AR İnzibati Xətalar məcəlləsindən çıxarışlar Maddə 246. Vergilərin və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsi
Az miqdarda vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə
  • inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.
Qeyd: bu maddədə «az miqdar» dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.

Maddə 247. Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilmə qaydalarının pozulması
Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı tərtib edilməsi qanunla müəyyən edilmiş başqa sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə görə

  • fiziki şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

Maddə 247-1. Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə

  • vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər.

Maddə 248. Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxsləri tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə

  • yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Maddə 249. Vergilərin və ya icbari ödənişlərin hesabdan silinməsi qaydalarının pozulması
Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına əməl olunmamasına görə

  • yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
.
AR Cinayət Məcəlləsindən çıxarışlar Maddə 213. Vergi ödəməkdən yayınma
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma -
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə -

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə—

  • əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213-1.2. Eyni əməllər;
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
  • əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: bu maddədə «xeyli miqdar» dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə, iki min manatdan yuxarı olan məbləğ başa düşülür.
.

   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi

Yumor
Suyunun suyunun suyu

Bir gün, Molla Nəsrəddinin yanına uzaqdan qohumlarından biri qonaq gəlir və özü ilə, hədiyyə kimi, ördək gətirir. Molla çox sevinir və ördəyi bişirib qonağı ilə birlikdə yeyir. Bir neçə müddətdən sonra Mollanın yanına təzə qonaqlar gəlməyə başlayır, və özlərini "ördək gətirən adam"ın dostları və dostlarının dostları kimi təqdim edirlər. Amma heç birisi özü ilə heç nə gətirmir.
Axırda Molla özündən çıxır. Bu anda bir nəfər də qonaq gəlir, və deyir:"Mən sənə ördək gətirən adamın dostunun dostunun dostuyam". Və başqaları kimi süfrəyə əyləşib xörək gözləyir. Molla ona boşqabda isti su gətirir.
- Bu nədi? - qonaq söruşur.
- Bu mənim qohumum gətirdiyi ördəyin suyunun suyunun suyudur - Molla deyir.


Mühasib
Account Payable
Главный бухгалтер
Financial Analyst

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!