Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 25.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Torpaq vergisi


Verginin elementi Xüsusiyyəti Əsas
Vergi ödəyiciləri

Təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq fiziki şəxslər və müəssisələr Azərbaycan Respublikasının ərazisində yerləşən və mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisini ödəməlidirlər.
Torpaq vergisini ödəməli olan şəxslər torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay müddətində uçota durmalıdırlar.

AR Vergi Məcəlləsi, Maddə 203, 204
Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır və torpaq vergisi buna əsasən hesablanır.
Bu zaman torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsas götürülür. Tikililərin və qurğuların altında qalan torpaqlara, obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə də torpaq vergisi hesablanıb ödənilməlidir.
AR VM,Maddə 205
Vergi dərəcələri Kənd təsərrüfatı torpaqlarının torpaq vergisini hesablamaq üçün torpaq sahəsinin hər bir hektarını əvvəlcədən müəyyən edilmiş şərti bala vurmaq lazımdır. Şərti bal kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi, keyfiyyəti nəzərə alınmaqla konkret olaraq müəyyən edilərək torpağın sənədində qeyd edilmişdir.

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirilir.

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisini hesablamaq üçün həmin torpaq sahəsinin hər 100 kvadrat metrini aşağıdakı cədvəldə göstərilən dərəcələrə vurmaq lazımdır.
Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar( manatla) Yaşayış fondlarının, həyətyanı və bağ sahələrinin tutduğu torpaqlar(manatla)
10000 m2-dək olduqda 10000 m2-dən yuxarı olan hissə üçün 10000 m2-dək olduqda 10000 m2-dən yuxarı olan hissə üçün
Bakı 10 20 0.6 1.2
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 8 16 0.5 1
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 4 8 0.3 0.6
Rayon tabeçiliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 2 4 0.1 0.2

Misal 1


Misal 2

AR VM,Maddə 206
Hesablama və ödəmə qaydaları Torpaq vergisinin hesablama və ödənilməsi qaydaları
Müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və yuxarıdakı cədvəldəki qeyd olunan dərəcələrə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq müvafiq bəyannaməni vergi orqanına verirlər.
Fiziki şəxslərin torpaq vergisi bələdiyyələr tərəfindən cari ilin iyul ayının 1-dək yuxarıda qeyd olunan qaydada hesablanır və ödənilməli torpaq vergisinin məbləğini özündə əks etdirən tədiyə bildirişini isə həmin ilin avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır.
Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
Hesablanmış torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müəssisələr tərəfindən dövlət büdcəsinə, fiziki şəxslər tərəfindən isə yerli (bələdiyyə) büdcəyə ödənilir.
Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir.
İcarəyə verən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyə verən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
AR VM,Maddə 208
Vergi güzəştləri Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
  • yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
  • istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə, və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
  • dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
Aşağıdakı fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə ödəməli olduqları torpaq vergisinin məbləği 10 manat azaldılır:
  • Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
  • Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər;
  • I və II qrup müharibə əlilləri;
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərlərinin);
  • 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Əlavə güzəştlər:

Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru sənaye və texnologiyalar parkının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

AR VM,Maddə 207

   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi

Yumor
ABBASINI ÖZÜN AL

Birisi keçəlin boynuna bir sillə vurmuşdu. Keçəl qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra keçələ dedi:
- Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.
Bu söz keçəlin xoşuna gəlmədi. Dikəldi və qazının boynuna bir sillə vurub dedi:
- Mən tələsirəm, abbasını ondan özün al!


Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!