Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 29.06.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Yerli vergilər


Verginin elementi Xüsusiyyəti Əsas
Yerli vergilər Bələdiyyə vergiləri dedikdə, Vergi Məcəlləsi ilə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.

Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:

  • fiziki şəxslərin torpaq vergisi;
  • fiziki şəxslərin əmlak vergisi;
  • yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
  • bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.

AR Vergi Məcəlləsi, Maddə 8
Yerli ödənişlər Yerli ödənişlərə aşağıdakılar aiddir:
  • bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə(divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;
  • AR-nın qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
  • bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərilən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1 manatdan çox olmamaqla müəyyən edilir; (bu ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dən müvafiq bələdiyyələrə ödənilir)
  • bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0.10 manatdan çox olmamaqla müəyyən edilir (bu ödənişlər hər bir ödəyicidən tutularaq bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla bələdiyyələrə ödənilir)
.
Qanunvericilik

Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu (yüklə - MS Word - 57 KB)

Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (yüklə - MS Word - 53 KB)

Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasi Tarif (Qiymət) Şurasinin Qərari (yüklə - MS Word - 86 KB)

.


   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi


   Hikməti-nur
Toxum göyərsə də torpaqdan, sudan,,
Bu sirri axtarıb tapmamış insan.
Toxumu bəsləyən torpaqdır ancaq.
Ona şəkil də mi verir bu torpaq?
Nizamsız olsaydı yeraltı bir an,
Salxım olardımı, deyin, toxumdan?
Tutaq, salxım olur bir dənin sonu,
Şəkil qalıbına kim salır onu?
Fikri dolaşdıran bu pərdə də bir,
Halları dəyişən səbəb gizlənir.
Dünyada gördüyün hər incə sənət
Allah əsəridir, Ondadır qüdrət.

Nizami Gəncəvi


Mühasib
Account Payable
Главный бухгалтер
Financial Analyst

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!