Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda pensiya islahatları aparılacaq

2014-12-24 | Kadr işi | Baxılıb: 394 dəfə

Yeni pensiya islahatları konsepsiyası ilə həyata keçiriləcək islahatlar nəticəsində pensiyaların baza hissəsinin strukturu dəyişdiriləcək. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu gün vətəndaşın 12 il iş stajı varsa və pensiya yaşına çatıbsa, onun ilk növbədə baza hissəsinə hüququ yaranır. Amma bundan sonrakı mərhələdə belə olmayacaq: "Bu gün insanların ödədikləri sosial sığorta haqlarının yarısı onların fərdi hesablarına yığılır. Amma pensiya islahatlarından sonra onların tam məbləğdə ora yığılması nəzərdə tutulur. Belə olan halda onlar pensiyaya çıxanda öz hesablarına yığdığı vəsaiti pensiyaları üçün istifadə edəcəklər. Həmin şəxsin tez və ya gec pensiyaya çıxması vəsait baxımından heç nəyi dəyişməyəcək. Sadəcə vaxtında və ya daha gec çıxarsa, yığılan məbləğ daha aşağı rəqəmə bölünəcək və pensiya məbləği böyük olacaq, amma daha az müddətə. Lakin pensiyaya tez çıxarsa, yığılan məbləğ daha çox müddətə bölünəcək və pensiyanın məbləği az olacaq".

S.Müslümov əlavə edib ki, hazırda bununla bağlı araşdırmalar davam edir və bir neçə ölkənin təcrübəsi öyrənilir. Son ümumiləşdirmədən sonra isə ortaya qoyulacaq təkliflər Prezident İlham Əliyevə təqdim ediləcək.

Mənbə: http://az.trend.az/azerbaijan/society/2347223.html




Son Kadr işi xəbərləri

2017-11-22 | İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tələbələr və ali təhsilli gənclər üçün təcrübə keçmək imkanı yaradır
2017-11-21 | Əmək müqaviləsi olmadan çalışan işçilərə istirahət və məzuniyyət günləri verilmir
2017-11-16 | İşəgötürənlərin nəzərinə - Əmək müqaviləsinin rəsmiləşdirilməsi
2017-10-23 | Nazirlik işəgötürənlərə müraciət edib
2017-10-09 | Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiqlənib
2017-08-24 | Əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə BİLDİRİŞ-MƏLUMAT
2017-05-31 | İşçilərin işdən çıxarılması qaydaları dəyişir
2017-05-13 | Əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir
2017-05-13 | Əmək müqaviləsinə xitam verilən işçilərə yeni hüquqlar və ayrılacaq müavinətlər müəyyənləşdirilir
2017-04-06 | Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur.

Chief Accountantc
Internal Auditor
SAP Business Intelligence Analyst
SAP Business Analyst
Бухгалтер
Mühasib
Financial Specialist of Construction Area (Baku airport)

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!