Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Sahibkarlar üçün vahid "Çağrı Mərkəzi" yaradılıb

2015-02-24 | İqtisadiyyat | Baxılıb: 360 dəfə

Fevral ayının 24-də "Exelsior" otelində Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov açaraq qeyd etmişdir ki, "Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan"da sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin "195" nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmaqla, vahid "Çağrı Mərkəzinin"in təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ölkə prezidentinin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Elektron Azərbaycan" Dövlət Proqramında sahibkarlıq fəaliyyəti sahəsində digər tədbirlərlə yanaşı Universal Çağrı Mərkəzinin yaradılması da nəzərdə tutulmuşdur. Layihənin icrasına 2010-cu ildən başlanılmış və mərkəzə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilmiş, Vergilər və İqtisadiyyat və Sənaye Nazirliklərinə bu qurumlara 195 cağrı mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılmışdır.

Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili" mövzusunda təqdimatla çıxış edərək , 195 Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli sərəncamına uyğun olaraq layihə çərçivəsində mərkəzə daxil olan dövlət qurumlarında xidmət zalları yaradılmış, cəlb olunan əməkdaşlar təlimlərə cəlb edilmişdir. 195 Çağrı Mərkəzi üzrə xüsusi proqram təminatı hazırlanmış və qurulmuş serverlər vasitəsilə qurumlar bir-birinə inteqrasiya olunmuşdur.

195 Çağrı Mərkəzi artıq 4 fevral 2015-ci il tarixdən əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlamışdır. Hazırda onun xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək, səsli menyunun köməkliyi ilə və ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat və Sənaye, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə, Dövlət Gömrük Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.

Mənbə: http://www.marja.az/mikro/environment/item/179977-sahibkarlar-%C3%BC%C3%A7%C3%BCn-vahid-%E2%80%9C%C3%A7a%C4%9Fr%C4%B1-m%C9%99rk%C9




Son İqtisadiyyat xəbərləri

2017-10-31 | Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb
2017-10-25 | Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb
2017-10-19 | Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır
2017-08-08 | İşsizlikdən sığorta ayırmaları Dövlət Sosial Müdafiə Fondunda toplanacaq - İdris İsayev.
2017-05-24 | Azərbaycanda ixrac gömrük bəyannaməsi elektronlaşacaq
2017-01-21 | Minimum aylıq əməkhaqqı artırılıb
2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
MOLLANIN VƏSİYYƏTİ.

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.


Chief Accountantc
Internal Auditor
SAP Business Intelligence Analyst
SAP Business Analyst
Бухгалтер
Mühasib
Financial Specialist of Construction Area (Baku airport)

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!