Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.06.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Artıq CFA imtahanına pulsuz hazırlaşmaq imkanı yaranıb!

2015-05-15 | Sertifikasiyalar | Baxılıb: 1144 dəfə

Dünya Bankının dəstəyi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi Sizləri CFA-l imtahanına hazırlıq kursuna dəvət edir.

Mərkəzimizdə 2015-ci il iyun ayının ikinci yarısı START götürəcək və dekabr ayınadək davam edəcək CFA-l imtahanına hazırlıq kursu 6 ay müddətində tədris olunur. CFA-l imtahanına hazırlıq kursunda 3 ay tədris keçdikdən sonra iştirakçılar üçün imtahan təşkil olunacaq və imtahanın nəticəsinə görə birinci yeri tutan namizəd CFA-l imtahanına hazırlıq kursunda geri qalan 3 ayı pulsuz iştirak etmək hüququ əldə edəcək.

Orta hesabalamalara görə, CFA-I imtahanından keçid faizi 38-43% təşkil edir. Odur ki, CFA imtahanından qeydiyyatdan keçmiş namizədlərdən böyük məsuliyyət və yüksək hazırlıq səviyyəsini tələb olunur.Təlim öyrənmək vaxıtna qənaət, sual-cavab, başqa namizədlərlə birgə oxumaq kimi üstünlükləri özündə birləşdirir. Təlim CFA-II və CFA-III dərəcəli təlimçilər tərəfindən keçirilir. Təlimçilərimiz öz təcrübəsindən istifadə etməklə CFA proqramının mövzularını namizədlərə düzgün prioritetləşdirilmiş şəkildə təqdim etməklə imtahana hazırlayacaqlar. Təlim proqramımızı müvəffəqiyyətlə tamamlayan tələbələr CFA imtahanından hazır və sərbəst şəkildə keçəcəklər.

Təlimin təşkili:

Dərslər 6 ay çərçivəsində həftədə 2 dəfə keçiriləcəkdir.

Hər dərsin müddəti 2.5 saat olmaqla, birinci saatın sonunda 15 dəqiqəlik fasilə ilə nəzərdə tutulub. İlk 5 ay təlim materiallarının təqdim edilməsi, sonuncu ay isə təkrar və imtahana hazırlıq müddəti kimi nəzərdə tutulub. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq testlər, sonda isə sınaq imtahanları təşkil olunacaqdır. Son sınaq imtahanını uğurla bitirən tələbələr müvəfəqiyyət sertifikatı ilə təmin olunacaqlar.

Tələb olunan biliklər:

  • İngilis dilinin yüksək səviyyədə olması;
  • Statistik və riyazi biliklərinin olması arzu olunandır, amma şərt deyil.
Təlimin məqsədləri:
  • Namizədlərin CFA-I imtahanının uğurlu keçirilməsini təmin etmək;
  • Azərbaycanda CFA dərəcəsinə malik olan peşəkarların sayını artırmaq;
  • Azərbaycanın maliyyə bazarına beynəlxalq təcrübənin inteqrasiyasını təmin etmək.
Təlimin qiyməti aylıq 300 AZN * Hissə-hissə ödəniş mümkündür.

Kursa daxildir:

  • tədris vəsaitləri,
  • təlimin sonunda imtahan,
  • sertifikat,
  • çay - kofe fasilələri
Təhsil sahəsində fəaliyyət göstərdiyimizi nəzərə alaraq hər bir iştirakçı qarşısında məsuliyyətimizi dərk edirik. Əlavə olaraq təlimləri uğurla bitirmiş iştirakçılar bizi biznes mühitində də təmsil edirlər. Qeyd olunanları nəzərə alaraq, keyfiyyəti ən üstün prioritetdə saxlayır və mükəmməl təhsil qurumu olmaq üçün əlimizdən gələni etməyə hazırıq.

Təlimə qeydiyyatdan keçmək üçün aşağıdakı vasitələrlə əlaqə saxlamağınız xahiş olunur: Ünvan: Sahib Zeynalov küç. 9/7 E-mail: info@cmtc.gov.az Telefon: (+994 12) 498 16 77 (+994 70) 618 16 83

Mənbə: http://marja.az/mikro/hr/item/183312-art%C4%B1q-cfa-imtahan%C4%B1na-pulsuz-haz%C4%B1rla%C5%9Fmaq-imkan%C4%B1-yaran%C4%B1b.html




Son Sertifikasiyalar xəbərləri

2015-07-14 | Azərbaycan dilində və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılan mühasibatlıq üzrə ilk sertifikasiya proqramı.
2015-05-15 | Artıq CFA imtahanına pulsuz hazırlaşmaq imkanı yaranıb!
2014-04-30 | "CFA-I" imtahanına hazırlıq kursu


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Mühasib
Account Payable
Главный бухгалтер
Financial Analyst
Mühasib (Xanım)
Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!