Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Şirkət rəhbərlərinə müqavilə məhdudiyyəti

2015-05-19 | Hüquq | Baxılıb: 542 dəfə

Azərbaycanda şirkətlərin, öz rəhbərləri, səhmdarları və onaların qohumları ilə bağlanılan müqavilələrə bəzi məhdudiyyətlər tətbiq olunacaq.

"Marja"nın məlumatına görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə "Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası" adlı 49-1-ci maddə əlavə olunur.

Həmin maddədə qeyd olunur ki, hüquqi şəxsə (şirkətə) aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir.

Hüquqi şəxsə aidiyyəti olan şəxslər - hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri, hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri, həmin şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları), hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs və həmin şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər, hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs və hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs, o cümlədən həmin şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri hesab olunurlar.

5% MƏHDUDİYYƏTİ VƏ AUDİTOR TƏLƏBİ

Qanuna edilən əlavəyə görə, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.

Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz.

SƏDR SİFARİŞİ ÖZ QOHUMLARINA VƏ ŞİRKƏTİNƏ ASAN ÖTÜRƏ BİLMƏYƏCƏK

Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri (İdarə heyətinin sədri, direktoru) , habelə onun qohumları və şirkəti (və ya payı olduğu şirkət) aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır.

Əqdin yuxarıda qeyd olunan tələblər pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin tələblər pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu həmin əqdi mübahisələndirə bilər.

Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) rəhbəri və ya üzvləri qohumları və şirkəti (və ya payı olduğu şirkət) ilə müqavilə bağlanması nəzərdə tutulduqda bu barədə hüquqi şəxsin iştirakçılarına, hüquqi şəxsin icra orqanının rəhbəri və ya üzvləri isə direktorlar şurasına (o olmadıqda hüquqi şəxsin iştirakçılarına), digər aidiyyəti şəxslər isə İdarə heyətinə yazılı şəkildə təqdim etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi 15 May 2015-ci il tarixində birinci oxunuşdan keçib.

Mənbə: http://marja.az/marjaplus/law/item/183703-%C5%9Firk%C9%99t-r%C9%99hb%C9%99rl%C9%99rin%C9%99-m%C3%BCqavil%C9%99-m%C9%99hdudiyy%C9%9




Son Hüquq xəbərləri

2017-02-20 | Azərbaycanda şirkətlərin nizamnamə kapitalına tələb artılacaq
2015-11-30 | Əmək məzuniyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin işəgötürənlərə müraciəti
2015-05-19 | Şirkət rəhbərlərinə müqavilə məhdudiyyəti
2015-01-17 | Prezident müəllimlərin maaşını artırdı
2014-08-29 | Haqsız müqavilə şərtlərindən necə qorunmaq olar?
2014-01-02 | Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi sahəsində qanunvericilik təkmilləşdirilir
2013-11-26 | Azərbaycanda hüquqi şəxslərin könüllü ləğvi tətbiq edilib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Yer kürəsinin iqlimi geoloji dövr ərzində kəskin dəyişir. Tədqiqiatlar göstərir ki, son 900 min il ərzində 10 dəfə buzlaşma mərhələsi olmuşdur. Biz hal-hazırda iki buzlaşma mərhələsi arasındakı istiləşmə dövründə yaşayırıq.

Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!