Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Vergilərdən şou-biznes nümayəndələrinə xəbərdarlıq

2015-11-02 | Vergi | Baxılıb: 229 dəfə

Azərbaycanda Vergilər Nazirliyi şou-biznes nümayəndələri ilə bağlı vergi yoxlamalarına başlayacaq. Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən cavabda bildirilir.

Qeyd edək ki, ayrı-ayrı sənət adamları mediada vaxtaşırı toy qiymətlərini açıqlayırlar. Açıqlanan bu siyahılardan məlum olur ki, onlar toy şənliklərində çıxışlarına görə yüksək qonorar alırlar. Amma müğənnilərin bu qazanclardan dövlətə vergi ödəyib-ödəmədikləri sualı açıq qalıb. Müğənnilər, şou-biznes sahəsində çalışan sənətçilər vergiləri necə ödəyir? Ümumiyyətlə, vergi ödəyirlərmi?

Nazirliyin mətbuat xidmətindən bildirilir ki, şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri keçirilməsinə, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu zümrədən olan vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi çox aşağıdır: "Cari ilin ötən 9 ayının nəticələri təhlil olunarkən, kütləvi informasiya vasitələrində tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə hansı qiymətə çıxış etmək müqabilində aldıqları və KİV-lərdə açıq şəkildə bəyan edilən qonorarların məbləği ilə həmin şəxslər tərəfindən təqdim olunmuş vergi bəyannamələrin göstəriciləri arasında ciddi uyğunsuzluqlar aşkar olunub.

Hazırda şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan, əyləncə obyektlərində fərdi qaydada çıxış edən sənət adamlarının vergi öhdəliklərinə vaxtında və tam həcmdə əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədilə həmin şəxslərin kütləvi informasiya vasitələrində açıqlanan gəlirləri və dövlət büdcəsinə ödədikləri vergilərin məbləğləri araşdırılır.

Vergilər Nazirliyi bir daha şou-biznes nümayəndələrini dövlət büdcəsinə vergiləri tam həcmdə və vaxtında ödəməyə dəvət edir və bildirir ki, həmin şəxslər cari ilin sonuna qədər öz vergi öhdəliklərini tam həcmdə yerinə yetirməyəcəkləri təqdirdə, onların hər biri barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək və nəticələri ictimaiyyətə açıqlanacaq".

Mənbə: http://www.fins.az/budce/891261/Vergilerden_sou_biznes_numayendelerine_xeberdarliq.html




Son Vergi xəbərləri

2017-03-15 | Aylıq dövriyyəsi 200 min manatdan artıq olan sahibkarlardan elektron qaimə-faktura tələb ediləcək
2017-02-24 | E-qaimə-fakturanın tətbiqi
2017-02-21 | Hansı malların ƏDV-si qaytarılacaq?
2017-02-07 | Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlərin - SİYAHISI
2017-01-27 | Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk patent təqdim edilib
2017-01-25 | E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi
2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!