Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Obyekt satanlar vergi ödəyəcəklər

2015-11-06 | Vergi | Baxılıb: 263 dəfə

Azərbaycanda daşınmaz əmlakın satışından vergi tutulması qaydaları dəyişəcək. Fins.az-ın məlumatına görə, bu barədə Vergilər Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulur. Məcəlləyə dəyişikliklər Milli Məclistərəfindən qəbul edilib, təsdiqlənmək üçün prezidentə təqdim edilib və təsdiqlənəcəyi təqdirdə gələn ilin əvvəlindən qüvvəyə minəcək.

Beləliklə, məcəlləyə edilən dəyişikliklərə görə, kommersiya obyektinin satışı zamanı onun hər kvadratmetrinə görə, 22,5 manat həcmində vergi tutulacaq. Amma bu məbləğ baza rəqəmdir, yəni obyektin yerləşdiyi ərazilərdən asılı olaraq verginin məbləği artıb azalacaq.

Verginin dəqiq hesablanması üçün məcəllədə əmsallar da nəzərdə tutulub. Yəni verginin məbləği hesablanarkən 22,5 manat həmin əmsala vurulacaq. Bakı şəhərinin ayrı-ayrı ərazilərinə fərqli əmsallar tətbiq ediləcək. Əmsallar 1,2-4 arasında dəyişir.

Məsələn şəhərin mərkəzi hisəssindəki kommersiya obyektləri satılanda vergi tutulması üçün 4 əmsalı tətbiq ediləcək. Yəni obyektin hər kvadratmetrinə görə, 90 manat (22,5 manat X 4 əmsal) tutulacaq. 2-ci zonada hər kvadratmetrdən 67,5 manat (22,5 manat X 3 əmsal) və s. Şəhər kənarındakı ərazilərdə (10-11-12-ci zonalarda) obyektlər satıldıqda isə hər kvadratmetrdən 27 manat (22,5 manat X 1,2 əmsal) vergi tutulacaq.

Cədvəl 1. Bakı şəhərində kommersiya obyektlərinin satışından verginin tutulması üzrə tətbiq ediləcək əmsallar
10-11-12
Bakı şəhəri üzrə zonalar Əmsallar
1 4,0
2 3,0
3-4 2,2
5-6 1,8
7-8-9 1,5
1,2

Ölkənin digər şəhər və rayonlarındakı kommersiya obyektləinin satışı zamanı vergi tutulması üçün isə fərqli əmsallar tətbiq ediləcək. Obyektin harada yerləşməsindən asılı olaraq bu əmsallar 0,5-1,5 arasında dəyişəcək.

Gəncə, Sumqayıt, Xırdalan üçün 1,5 əmsalı, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), eləcə də, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üçün 1,2 əmsalı, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üçün isə 0,5 əmsalı tətbiq olunacaq.

Məsələn, Gəncə, Sumqayıt və Xırdalanda kommersiya obyekti satılarkən onun hər kvadratmetrinə görə 33,75 manat (22,5 manat X 1,5 əmsal) vergi tutulacaq. Şirvan və Mingəçevirdə satılan obyektlərin hər kvadratetri üçün 27 manat (22,5 manat X 1,2 əmsal) vergi ödəniləcək.

Digər şəhər və rayonlarda satılan obyektlərin hər kvadratmetrinə görə, 11,25 manat vergi tutulacaq. Qeyd edək ki, söhbət hazır obyektlərin satışı zamanı tutulan vergidən gedir.

Cədvəl 2. Digər şəhər və rayonlarda kommersiya obyektlərinin satışından verginin tutulması üzrə tətbiq ediləcək əmsallar
Ölkə üzrə ərazilər Əmsallar
Gəncə, Sumqayıt, Xırdalan 1,5
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla) 1,2
Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri 1,2
Digər rayon (şəhər) və qəsəbələr (kəndlər) 0,5

Mənbə: http://www.fins.az/budce/891398/Obyekt_satanlar_vergi_odeyecekler___YENI_QAYDALAR.html




Son Vergi xəbərləri

2017-03-15 | Aylıq dövriyyəsi 200 min manatdan artıq olan sahibkarlardan elektron qaimə-faktura tələb ediləcək
2017-02-24 | E-qaimə-fakturanın tətbiqi
2017-02-21 | Hansı malların ƏDV-si qaytarılacaq?
2017-02-07 | Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlərin - SİYAHISI
2017-01-27 | Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk patent təqdim edilib
2017-01-25 | E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi
2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Dünyada ilk dəfə Aptek Bağdad şəhərində təxminən eramızdan 1000 il əvvəl açılıb.

Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!