Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Aksiz malların dövriyyəsində yeni qaydalar

2015-12-08 | Vergi | Baxılıb: 459 dəfə

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli Fərmanı ilə "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları" təsdiq edilmişdir.

Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsi üçün zəruri şərtləri və tələbləri müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri üçün pərakəndə satış dedikdə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti başa düşülür.

2. Aksiz markaları ilə markalanmalı olan mallar

2.0. Bu Qaydaların məqsədləri üçün aksiz markaları ilə markalanmalı olan mallar aşağıdakılardır (iaşə xidməti göstərilən obyektlərdə qablaşdırılmadan satılan mallar istisna olmaqla):

2.0.1. içməli spirt;

2.0.2. spirtli içkilərin bütün növləri;

2.0.3. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər;

2.0.4. tütün məmulatları.

3. Aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblər

3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:

3.1.1. həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə;

3.1.2. həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda (istehsalçılar tərəfindən həmin malların təqdim edilməsi halları istisna olmaqla);

3.1.3. həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə (istehsalçılar tərəfindən həmçinin elektron vergi hesab-fakturası ilə).

3.2. Markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

3.3. Markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına onların tələbi ilə təqdim etməlidirlər.

Mənbə: http://marja.az/financial/news/budget-taxes/item/190857-aksiz-mallar%C4%B1n-d%C3%B6vriyy%C9%99sind%C9%99-yeni-qaydalar.html




Son Vergi xəbərləri

2017-11-16 | Vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər hazırlanıb
2017-11-10 | Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək
2017-11-10 | Dövriyyəsinin 80%-dən çoxu nağdsız olan sahibkarlar 17%-lə vergiyə cəlb edilə bilər
2017-11-07 | Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksizini 2 dəfə artırır
2017-11-07 | Vətəndaşlar Vergilərdən daha məmnun qalacaqlar - NAZİRDƏN GÖSTƏRİŞLƏR
2017-11-03 | Prezident idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısını təsdiq edib
2017-11-02 | Azərbaycanda ƏDV-dən azad olunan əməliyyatların siyahısı genişləndirilə bilər
2017-11-02 | Azərbaycanda səyyar vergi yoxlamalarının məhdudlaşdırılması tövsiyyə olunur
2017-11-01 | Varlılar üçün vergi artırılmalıdır
2017-10-25 | Vergiödəyiciləri ilə iş üzrə metodiki vəsait hazırlanıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Dünyada ilk dəfə Aptek Bağdad şəhərində təxminən eramızdan 1000 il əvvəl açılıb.

APARICI DAXİLİ AUDİTOR
Mühasib
Mühasib
Audit
Baş Mühasib
Cost Controller
Anbardar

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!