Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycan prezidenti sosial müavinətlərin artırılmasına dair fərman imzalayıb

2013-08-30 | İqtisadiyyat | Baxılıb: 268 dəfə

Azərbaycan prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən,

  • yaşa görə aylıq müavinət 60 manat,
  • "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verən əlilliyə görə müavinət I qrup əlillər üçün 67 manat, II qrup üçün 50 manat, III qrup üçün 43 manat,
  • "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar" səbəbindən baş verən əlilliyə görə I qrup üçün 83 manat, II qrup üçün 66 manat, III qrup üçün 60 manat,
  • "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və ya "hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar" səbəbindən baş verən əlliyə görə I qrup üçün 77 manat, II qrup üçün 66 manat, III qrup üçün 50 manat,
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 67 manat,
  • ailə başçısını itirməyə görə müavinət 55 manat,
  • əmək pensiyası almaq hüququ olmayan Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, II Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət 37 manat,
  • müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 55 manat,
  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 50 manat məbləğində müəyyən edilib.

Bundan başqa, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 45 manat, bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət şəhid uşaqları üçün 17 manat, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları üçün 12 manat, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət 195 manat, uşağın anadan olmasına görə birdəfəlik müavinət 90 manat, dəfn üçün birdəfəlik müavinət 120 manat məbləğində müəyyənləşdirilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb. Fərman sentyabrın 1-dən qüvvəyə minir.

Mənbə: www.apa.az




Son İqtisadiyyat xəbərləri

2017-10-31 | Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb
2017-10-25 | Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb
2017-10-19 | Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır
2017-08-08 | İşsizlikdən sığorta ayırmaları Dövlət Sosial Müdafiə Fondunda toplanacaq - İdris İsayev.
2017-05-24 | Azərbaycanda ixrac gömrük bəyannaməsi elektronlaşacaq
2017-01-21 | Minimum aylıq əməkhaqqı artırılıb
2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur.

Chief Accountantc
Internal Auditor
SAP Business Intelligence Analyst
SAP Business Analyst
Бухгалтер
Mühasib
Financial Specialist of Construction Area (Baku airport)

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!