Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Mənzil satışında yeni vergi - MƏBLƏĞLƏR

2015-12-08 | Vergi | Baxılıb: 650 dəfə

Azərbaycanda mənzilin və kommersiya obyektinin satışı zamanı ödəniləcək verginin yeni məbləğləri məlum olub.

Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Məcəlləsinə edilən son əlavə və dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə görə, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər məbləğdən asılı olamayaraq sadələşdirilmiş verginin ödəyicisidir. Burada fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin hədiyyə, maddi yardım və miras, dövlətin torpağı alması qarşısında verdiyi kompensasiya, əmlak ər və arvad arasında verildikdə və ya keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi halları istisnadır.

VERGİ BİNANIN YERLƏŞDİYİ ƏRAZİDƏN ASILI OLACAQ

Yuxarıda qeyd edilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat baza vergi məbləği müəyyən olunub. Ödəniləcək vergi bu məbləğə (15 manata) zonalar üzrə müəyyən olunmuş əmsalın vurulması ilə hesablanacaqdır. Bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə (15 manata) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq 1,2 – 4 intervalında əmsallar tətbiq olunur. Yəni, əmlakın yerləşdiyi zonadan asılı olaraq 15 manat bu əmsallara vurulacaqdır (ətraflı irəlidə məlumat veriləcək).

VERGİ NOTARİUSDA ÖDƏNİLƏCƏK

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius vergini tutaraq dövlət büdcəsinə ödəməyə borcludur.

BİNA TİKƏNLƏR VERGİNİ BELƏ ÖDƏYƏCƏK

Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Belə şəxslər dedikdə, özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər başa düşülür. Həmin şəxslər tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu (ƏDV yoxsa sadələşdirilmiş) barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Bu vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla müəyyən edilmiş baza məbləğə əmsallar tətbiq edilməklə hesablanır.

ƏMSALLAR AŞAĞIDAKILARDIR

-İstər şəxsin mülkiyyətində, istərsə də yeni tikilən olsun, bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə (bina tikənlər üçün 45 manat, öz mülkiyyətində əmlakı olanlar üçün 15 manat) Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan (Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini bir ay müddətində müəyyən ediləcək) asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:

Zonalar Bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal
14,0
23,0
3,4 2,2
5,61,8
7,8,91,5
10,11,12 1,2

-Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5;

-Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2;

-digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5.”.

Tutaq ki, sizin satacağınız əmlak 2-ci zonada yerləşir. Bu zaman mənzilin 1 kvadratmetri üçün 45 manat vergi ödəməli olacaqsınız (3 x 15=45). Əgər mənzili tikinti şirkəti satırsa, bu zaman hər kvadratmetr üçün 135 manat vergi ödənilməlidir (3x45=135 manat).

MƏNZİLLƏR BAHALAŞA BİLƏR?

Əmsallara görə deyə bilərik ki, gələn ilin Yanvar ayından Bakıda zonadan asılı olaraq yeni binalarda mənzillərin 1 kvadratmetrinin qiyməti 54- 180 manat civarında bahalşa bilər. Təkrar bazarda isə mənzillərin hər kvadratmetrinin qiyməti 18-60 manat civarında qalxa bilər. Amma qiymətlərdə artım da olmaya bilər. Çünki, tikinti şirkətləri ƏDV və digər vergilər şəkilində ödənişləri indi də edirlər. Sadəcə verginin ödəniş forması dəyişdirilərək təkmilləşdirilir.

OBYEKTLƏRİN HƏR KVADRATMETRİNƏ GÖRƏ 22,5 VƏ 67,5 MANAT ÖDƏNİLƏCƏK

Binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi baza məbləğə (tikinti şirkətləri üçün 45 manat, əhali üçün 15 manat) 1,5 əmsal tətbiq edilməklə hesablanır. Yəni, əgər qeyri-yaşayış sahəsini binanı tikən şirkət satırsa, bu zaman obyektin hər kvadratmetrinə görə 67,5 manat, əgər kimsə mülkiyyətində olan öz şəxsi obyektini satırsa 22,5 manat sadələşdirilmiş vergi ödəyəcəkdir.

Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır.

Mənbə: http://marja.az/financial/news/budget-taxes/item/190850-m%C9%99nzil-sat%C4%B1%C5%9F%C4%B1nda-yeni-vergi-m%C9%99bl%C9%99%C4%9Fl%C9%




Son Vergi xəbərləri

2017-11-16 | Vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər hazırlanıb
2017-11-10 | Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək
2017-11-10 | Dövriyyəsinin 80%-dən çoxu nağdsız olan sahibkarlar 17%-lə vergiyə cəlb edilə bilər
2017-11-07 | Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksizini 2 dəfə artırır
2017-11-07 | Vətəndaşlar Vergilərdən daha məmnun qalacaqlar - NAZİRDƏN GÖSTƏRİŞLƏR
2017-11-03 | Prezident idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısını təsdiq edib
2017-11-02 | Azərbaycanda ƏDV-dən azad olunan əməliyyatların siyahısı genişləndirilə bilər
2017-11-02 | Azərbaycanda səyyar vergi yoxlamalarının məhdudlaşdırılması tövsiyyə olunur
2017-11-01 | Varlılar üçün vergi artırılmalıdır
2017-10-25 | Vergiödəyiciləri ilə iş üzrə metodiki vəsait hazırlanıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Qaçaqmalçı Molla.

Molla hər gün çör-çöplə yüklü eşşəklə sərhəddi keçirdi. Hamı bilirdi ki, Molla qaçaqmalçılıqla məşğuldur. Ona görə sərhədçilərv o qayıdanda onu başdan-ayağa kimi yoxlayırdılar, amma bir şey tapa bilmirdilər. Molla Nəsrəddinin vəziyyəti isə günü-gündən yaxşılaşırdı.
Axırda o işi buraxıb başqa ölkəyə yaşamağa köçür. Bir neçə il keçmişdir ki, sərhədçilərdən biri Mollaya rast gəlir. O suruşur: "Ay Molla, indi ki qizlətməyə bir səbəb yoxdur, de görüm, sən sərhəddən nə keçirirdin?."
- Eşşəkləri - deyib, Molla yoluna davam edir.


APARICI DAXİLİ AUDİTOR
Mühasib
Mühasib
Audit
Baş Mühasib
Cost Controller
Anbardar

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!