Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik qəbul edilib

2016-01-19 | İqtisadiyyat | Baxılıb: 461 dəfə

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik qəbul edilib.

Dəyişikliyə əsasən, rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın Azərbaycana gətirilməsi və ölkədən çıxarılması qaydaları Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Bundan başqa, qanuna görə, bank metallarının Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla müəyyən ediləcək.

Qeyd edək ki, qanuna görə, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (dövlətin tam mülkiyyətində olan, habelə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olan müəssisə və təşkilatlar istisna olmaqla) aşağıdakı miqdarda icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə Azərbaycandan kənara xarici valyutanı köçürə bilərlər:

- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxsin (banklar və sığorta təşkilatları istisna olmaqla) birbaşa investisiya (gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə) əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;

- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxs (banklar və sığorta təşkilatları istisna olmaqla) tərəfindən qiymətli kağızların əldə edilməsi əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;

- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxs tərəfindən torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların əldə edilməsi əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında;

- Rezident hüquqi şəxsin Azərbaycandan kənarda yerləşən törəmə cəmiyyətləri, filial, nümayəndəlik və digər struktur bölmələrinə köçürmələr üzrə - təqvim ili ərzində 50 (əlli) min ABŞ dolları ekvivalentindən yuxarı məbləğin 20 (iyirmi) faizi miqdarında.

- Fiziki şəxsin özünün və (və ya yaxın qohumunun (əri (arvadı), valideynləri, o cümlədən ərinin (arvadının) valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) adına xarici ölkədə açılmış hesablara 50 (əlli) min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə - təqvim ili ərzində 50 (əlli) min ABŞ dolları ekvivalentindən yuxarı məbləğin 20 (iyirmi) faizi miqdarında. Bu halda fiziki şəxs tərəfindən həmin təqvim ili ərzində fiziki şəxsin hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da nəzərə alınır.

Müalicə haqqının ödənilməsi ilə bağlı xarici ölkədə yerləşən səhiyyə müəssisəsinin hesabına ödənişlər, təhsil haqqının ödənilməsi ilə bağlı xarici ölkədə yerləşən təhsil müəssisəsinin hesabına ödənişlər, xarici ölkələrin məhkəmə və hüquq mühafizə orqanları qərarlarının icrası ilə bağlı ödənişlərin köçürülməsi zamanı icbari yığım tələb olunmayacaq.

Valyuta əməliyyatları ödəniş kartları vasitəsilə həyata keçirildikdə rezident və qeyri-rezident fiziki və hüquqi şəxs bu barədə əməliyyatın aparıldığı gündən bir ay müddətində ödəniş kartının emitenti olan müvəkkil banka əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında dövlət büdcəsinə icbari yığımın ödənilməsini təsdiq edən sənədi təqdim etməlidir. Belə sənəd banka təqdim olunmadıqda bank müvafiq valyuta əməliyyatlarının aparılması ona məlum olduğu vaxtdan 5 iş günündən gec olmayaraq bu barədə məlumatı ödəniş kartı ilə müvafiq əməliyyatın aparılmasını təsdiq edən sənədlərlə birgə Azərbaycan Mərkəzi Bankına təqdim edəcək.

Dövlətin tam mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin iştirak payı (səhmləri) 50 (əlli) faizdən çox olan müəssisə və təşkilatların siyahısı və onlar tərəfindən valyuta əməliyyatlarının aparılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qeyd ək ki, Mərkəzi Bank valyuta əməliyyatlarına nəzarətin təşkili məqsədilə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin valyuta əməliyyatları barədə vahid məlumat bazasını yaradacaq, onun formalaşdırılması və valyuta agentləri tərəfindən istifadə qaydalarını müəyyən edəcək.

Mənbə: http://az.apa.az/news/412490




Son İqtisadiyyat xəbərləri

2017-10-31 | Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb
2017-10-25 | Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb
2017-10-19 | Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır
2017-08-08 | İşsizlikdən sığorta ayırmaları Dövlət Sosial Müdafiə Fondunda toplanacaq - İdris İsayev.
2017-05-24 | Azərbaycanda ixrac gömrük bəyannaməsi elektronlaşacaq
2017-01-21 | Minimum aylıq əməkhaqqı artırılıb
2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin

(Quran, Hud, 84-85)


Chief Accountantc
Internal Auditor
SAP Business Intelligence Analyst
SAP Business Analyst
Бухгалтер
Mühasib
Financial Specialist of Construction Area (Baku airport)

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!