Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.06.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Azərbaycan banklarında yerləşdirilən əmanətlər 3 illik gəlir vergisindən azad olunub

2016-03-01 | Vergi | Baxılıb: 434 dəfə

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb. Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, 2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunur.

Mənbə: http://az.apa.az/news/417974




Son Vergi xəbərləri

2017-06-22 | Vergilər "qiymətlərdə kənarlaşmanı aşkar etmək üçün" bu sistemdən istifadə edəcək
2017-06-17 | İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası
2017-06-17 | Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası
2017-06-17 | Topdansatış ticarət və İstehsal fəaliyyəti sahəsində gəlirlərin və xərclərin uçotunun aparılması qaydası təsdiqlənib
2017-05-20 | AR Vergi Məcəlləsində dəyişikliklər edilib.
2017-04-21 | Bir qrup vergi ödəyicisinin borcları silindi
2017-04-20 | İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası
2017-04-20 | Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası
2017-04-20 | İctimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində gəlirlərin və xərclərin uçotunun aparılması qaydası təsdiqlənib
2017-04-19 | Vergilər Nazirliyi uçotun aparılmasına dair yeni qaydalar hazırlayıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Dünyada ilk dəfə Aptek Bağdad şəhərində təxminən eramızdan 1000 il əvvəl açılıb.

Mühasib
Account Payable
Главный бухгалтер
Financial Analyst
Mühasib (Xanım)
Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!