Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 30.03.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Daha necə gəldi yoxlama aparılmayacaq

2013-09-04 | İqtisadiyyat | Baxılıb: 159 dəfə

İsa Alıyev: "İşgüzar adamların fəaliyyətinin ləngidilməsi nəticə etibarı ilə cəmiyyətin inkişafını ləngidir"

Ölkə Prezidenti İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. İqtisadçılar sözügedən qanunun tətbiqinin Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərəcəyi fikrindədir.

Qeyd edək ki, yeni qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarların fəaliyyəti ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda üç ildə bir dəfədən çox olmayaraq aidiyyəti təşkilatlar tərəfindən yoxlanılacaq. Amma yeyinti məhsulları ilə bağlı fəaliyyət göstərən sahibkarların fəaliyyətinin yoxlanılmasında rəqəm iki dəfə azalacaq. Yəni yüksək risk qrupuna aid olanlar altı ayda bir, orta risk qrupuna aid olanlar bir ildə bir, digər qrup isə 1.5 ildə bir dəfə yoxlanılacaq. Bundan başqa, plandan kənar yoxlamalar da həyata keçiriləcək. Əgər hansısa anonim olmayan vətəndaş müraciətləri olsa, yaxud hansısa sahibkarlıq fəaliyyəti barəsində mətbuatda müvafiq-neqativ siqnallar verilsə, bunlar əsas götürülərək plandan kənar yoxlamalar həyata keçiriləcək. Müsahibimiz İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyevlə qanunun tətbiqinin sahibkarlara və iqtisadiyyatımıza təsiri barədə danışdıq.

- İsa müəllim, sahibkarlığın vəziyyəti ilə bağlı Azərbaycandakı şəraiti necə dəyərləndirirsiniz?

- Azərbaycanda sahibkarlığın vəziyyəti ilə bağlı şəraiti 5 balla qiymətləndirsək, müsbət 4 qiyməti vermək olar. Bəzi çatışmazlıqlar var. Amma inkişaf olan yerdə bu, təbiidir. Bunlar da vaxtaşırı, yavaş-yavaş aradan götürülür.

- Prezidentin fərmanı ilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tətbiqi sahibkarlar üçün hansı qapıları açacaq?

- Sahibkarlıq çox incə bir fəaliyyət sahəsidir. Prezidentin bu sərəncamı imzalaması imkan yaradacaq ki, sahibkarlıq fəaliyyəti daha geniş inkişaf etsin. Cənab prezidentimiz bu sahədə öz dəst-xəttini, iradəsini hər il ortaya qoyur, sahibkarlığın, iqtisadiyyatımızın inkişafı üçün müxtəlif sənədlər imzalayır. Amma təəssüflər olsun ki, hələ də sahibkarlara qarşı gözəgörünməz təzyiqlər, məsələn, yoxlama təzyiqləri və s. olur. Çox güman ki, qanunun tətbiqindən sonra bunlar aradan götürüləcək və sahibkarlığın inkişafı üçün geniş imkanlar yaranacaq. Sahibkarlıq inkişaf etmədən iqtisadiyyatımız, dövlətimiz iqtisadi cəhətdən güclənə bilməz. Sahibkarlığın inkişafı dolayısı ilə dövlətçiliyimizin inkişafı deməkdir. Bu baxımdan sözügedən sənədlərin imzalanması mühüm əhəmiyyət kəsb edir və əminəm ki, icrası layiqincə yerinə yetiriləcək.

- Qanun qəbul olunmamışdan, fərman verilməmişdən əvvəlki vəziyyəti necə xarakterizə edərdiniz?

- Vəziyyət o qədər də kritik deyil. İndiyə qədər də sahibkarlığa dövlət dəstəyi, qanunsuz yoxlamalara qarşı nəzarət sistemi var idi. Amma qanunun qüvvəyə minməsinə fərman verilməsi bir daha onu göstərdi ki, kim gəldi, necə gəldi yoxlamalara girişə bilməyəcək. Sözügedən qanunun tətbiqinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Qanunun tətbiqindən sonra sahibkarlar da özlərini daha çox sahibkar kimi, azad, sərbəst hiss edəcəklər. Bu insanlar üçün imkan yaradılacaq ki, öz işlərini-güclərini atmadan bilavasitə istehsalla, müəssisələrinin inkişafı ilə məşğul olsunlar. Düzdür, yoxlamalar qaçılmazdır, bunlar da baş verəcək, amma əvvəlki qaydada kim tərəfindən necə gəldi yoxlama aparılmayacaq. Yoxlamalar qanuni, mərkəzləşmiş şəkildə aparılacağından sahibkarların vaxtının çox hissəsi yoxlamalara getməyəcək. Həm də eyni məzmunlu yoxlamanı artıq bir neçə təşkilat həyata keçirə bilməyəcək. Qanunda sahibkarlara maksimum şərait yaradılması məsələsinə önəm verilir.

- İsa müəllim, sizcə, bəzi məmurların sahibkarlara qarşı hansısa əməliyyatlar həyata keçirməsindən, ürəkləri istədiyi vaxt mənasız yoxlamalar aparmasından zərər çəkənlər təkcə sahibkarlardırmı?

- Açığını deyim, bundan sahibkarlar da, istehlakçılar da, dolayısı ilə dövlət özü də zərər çəkirdi. Çünki işgüzar adamların fəaliyyətinin ləngidilməsi nəticə etibarı ilə cəmiyyətin inkişafını ləngidir.

- Sözügedən fərmanı korrupsiyaya qarşı mübarizə tədbirlərindən biri saymaq olarmı?

- Bəli, bu fərman korrupsiyaya qarşı mübarizə sahəsində mühüm sənədlərdən biridir. Sahibkarlıq fəaliyyətində yoxlamalara nəzarət edilməsi korrupsiyaya qarşı yönəldilmiş ən mühüm tədbir kimi qiymətləndirilə bilər.

- Fərmanda bir sıra məsələlərin həlli üçün göstəriş verilib. Tapşırıqlardan biri də budur ki, iri, orta və kiçik sahibkar meyarları ölkə Prezidenti ilə razılaşdırılmaqla müəyyən edilsin. Ümumiyyətlə, hazırkı meyarlar hansılardır? Necə müəyyənləşdirilir ki, sahibkar hansı qrupa daxildir?

- 50 nəfərə yaxın işçisi olan müəssisələr kiçik müəssisələrdir. 50-500 nəfər arasında işçisi olan müəssisələr orta sahibkarlığa, 500-dən çox işçisi olan müəssisələr isə iri sahibkarlığa aiddir. Bu, ümumiyyətlə, müxtəlif ölkələrdə müxtəlif cür götürülür. Yəqin cənab Prezidentin fərmanından sonra alimlər, iqtisadçılar, mütəxəssislər fikirləşib bu meyarları dəqiqləşdirəcəklər.

- "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tətbiqi iqtisadi inkişafımıza nə dərəcədə təsir göstərəcək? Proqnozunuz nədir?

- Sözügedən fərmandan sonra iqtisadi sahədə fəaliyyət aktivləşəcək, inkişaf sürətlənəcək. Lakin hesab etmirəm ki, bu, sahibkarlığın, iqtisadiyyatın inkişafı baxımından sonuncu fərman olacaq. Prezidentimiz həmişə olduğu kimi, bundan sonra da bu məsələni daim diqqət mərkəzində saxlayacaq və vaxtaşırı sözügedən sahənin təkmilləşdirilməsinə dair sərəncamlar, fərmanlar verəcək, qanunlar qəbul ediləcək. Çünki zaman, mühit dəyişdikcə qanunlarda da müəyyən dəyişikliklər qaçılmazdır.

Lalə Musaqızı

Mənbə: http://www.kaspi.az/news.php?id=6595




Son İqtisadiyyat xəbərləri

2017-01-21 | Minimum aylıq əməkhaqqı artırılıb
2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq
2016-12-23 | Nağdsız hesablaşmalar haqqında qanun layihəsi
2016-12-01 | Yaşayış minimumu 19 manat artırılır
2016-10-26 | Vergilər Nazirliyinə yeni səlahiyyət verildi
2016-10-02 | 2017-də büdcə-vergi siyasəti üzrə bu tədbirlər görüləcək
2016-07-08 | Kiçik və orta sahibkar meyarları dəyişib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Suyunun suyunun suyu

Bir gün, Molla Nəsrəddinin yanına uzaqdan qohumlarından biri qonaq gəlir və özü ilə, hədiyyə kimi, ördək gətirir. Molla çox sevinir və ördəyi bişirib qonağı ilə birlikdə yeyir. Bir neçə müddətdən sonra Mollanın yanına təzə qonaqlar gəlməyə başlayır, və özlərini "ördək gətirən adam"ın dostları və dostlarının dostları kimi təqdim edirlər. Amma heç birisi özü ilə heç nə gətirmir.
Axırda Molla özündən çıxır. Bu anda bir nəfər də qonaq gəlir, və deyir:"Mən sənə ördək gətirən adamın dostunun dostunun dostuyam". Və başqaları kimi süfrəyə əyləşib xörək gözləyir. Molla ona boşqabda isti su gətirir.
- Bu nədi? - qonaq söruşur.
- Bu mənim qohumum gətirdiyi ördəyin suyunun suyunun suyudur - Molla deyir.


Maliyyə işləri üzrə Baş Mütəxəssis
Mühasib
Maliyyə işləri üzrə Baş Mütəxəssis
MÜHASİB-OPERATOR
Maliyyə Direktoru
Muhasib
БУХГАЛТЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.
Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!