Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Bəzi məhsulların idxal və satışı ƏDV-dən azad ediləcək

2016-04-18 | Vergi | Baxılıb: 788 dəfə

Azərbaycan Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, bir sıra məhsullların idxal və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.

Belə ki, damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanları və quşlarının profilkatikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışının ƏDV-dən azad olunması təklif edilir.

İkinci dəyişiklik isə kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır və hər 100 kv. metr üçün 10 manat müəyyən edilir. Qeyd edək ki, təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək

Mənbə: http://fins.az/biznes/898519/Bezi_mehsullarin_idxal_ve_satisi_ADV_den_azad_edilecek.html




Son Vergi xəbərləri

2017-11-16 | Vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər hazırlanıb
2017-11-10 | Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək
2017-11-10 | Dövriyyəsinin 80%-dən çoxu nağdsız olan sahibkarlar 17%-lə vergiyə cəlb edilə bilər
2017-11-07 | Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksizini 2 dəfə artırır
2017-11-07 | Vətəndaşlar Vergilərdən daha məmnun qalacaqlar - NAZİRDƏN GÖSTƏRİŞLƏR
2017-11-03 | Prezident idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısını təsdiq edib
2017-11-02 | Azərbaycanda ƏDV-dən azad olunan əməliyyatların siyahısı genişləndirilə bilər
2017-11-02 | Azərbaycanda səyyar vergi yoxlamalarının məhdudlaşdırılması tövsiyyə olunur
2017-11-01 | Varlılar üçün vergi artırılmalıdır
2017-10-25 | Vergiödəyiciləri ilə iş üzrə metodiki vəsait hazırlanıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur.

APARICI DAXİLİ AUDİTOR
Mühasib
Mühasib
Audit
Baş Mühasib
Cost Controller
Anbardar

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!