Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.11.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergilərdən kiçik sahibkarlara tövsiyə

2016-04-28 | Vergi | Baxılıb: 984 dəfə

Azərbaycanda, təsdiq edilmiş yeni meyarlara görə kiçik sahibkarlıq subyektlərinə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, eləcə də satışdankənar gəlirləri 120 min manatadək və işçilərin sayı 25 nəfərədək olan sahibkarlıq fəaliyyəti göstərən şəxslər aid edilir.

"Marja" Vergilər Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Q-03 nömrəli 03.02.2016-cı il tarixli Qərarı ilə "Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları" təsdiq edilmişdir.

Həmin Qaydalar Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir (http://www.taxes.gov.az/vn/ucotqayda).

Sadələşdirilmiş uçot Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları"na əsasən kiçik sahibkarlıq subyektləri hesab olunan fiziki və hüquqi şəxslər tərəfindən aparılır.Kiçik sahibkarlıq subyektləri "Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları"nın 1.3-cü və 1.4-cü bəndlərinə uyğun olaraq sadələşdirilmiş uçotun aparılmasını təmin edirlər və maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər.

Belə ki, təsdiq edilmiş meyarlara görə kiçik sahibkarlıq subyektlərinə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, eləcə də satışdankənar gəlirləri 120 min manatadək və işçilərin sayı 25 nəfərədək olan sahibkarlıq fəaliyyəti göstərən şəxslər aid edilir.

Sahibkarların kiçik, orta və iri sahibkar kimi müəyyənləşdirilməsi üçün "İşçilərin orta siyahı sayı" və "İllik gəlir" meyarı göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yeni yaradılan sahibkarlıq subyektlərinin kateqoriyasının müəyyənləşdirilməsində isə onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Qeyd olunanlar nəzərə alınaraq, Vergilər Nazirliyi işçilərin sayı və ya illik gəlirin məbləği yuxarıda göstərilən meyarlara uyğun olduğu halda, mühasibat uçotunun Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına və ya "Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları"na əsasən aparılmasının təmin olunmasını tövsiyə edir.

Mənbə: http://marja.az/financial/news/budget-taxes/item/196905-vergil%C9%99rd%C9%99n-ki%C3%A7ik-sahibkarlara-t%C3%B6vsiy%C9%99.html




Son Vergi xəbərləri

2017-11-16 | Vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər hazırlanıb
2017-11-10 | Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək
2017-11-10 | Dövriyyəsinin 80%-dən çoxu nağdsız olan sahibkarlar 17%-lə vergiyə cəlb edilə bilər
2017-11-07 | Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksizini 2 dəfə artırır
2017-11-07 | Vətəndaşlar Vergilərdən daha məmnun qalacaqlar - NAZİRDƏN GÖSTƏRİŞLƏR
2017-11-03 | Prezident idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısını təsdiq edib
2017-11-02 | Azərbaycanda ƏDV-dən azad olunan əməliyyatların siyahısı genişləndirilə bilər
2017-11-02 | Azərbaycanda səyyar vergi yoxlamalarının məhdudlaşdırılması tövsiyyə olunur
2017-11-01 | Varlılar üçün vergi artırılmalıdır
2017-10-25 | Vergiödəyiciləri ilə iş üzrə metodiki vəsait hazırlanıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

APARICI DAXİLİ AUDİTOR
Mühasib
Mühasib
Audit
Baş Mühasib
Cost Controller
Anbardar

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!